Accessibility links

İnsan Haqları Qrupu İranın 2023-cü ilin birinci yarısında 354 nəfəri edam etdiyini bildirir


İnsan haqları qrupunun bazar ertəsi bildirdiyinə görə, 2023-cü ilin ilk altı ayında İranda azı 354 nəfəri asılıb. Qrup əlavə edib ki, edamların sayı 2022-ci ildəkindən xeyli yüksəkdir.

İnsan haqları qrupları Tehranı keçən ilin sentyabrında geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı baş qaldıran etiraz hərəkatından sonra cəmiyyət arasında qorxu yaymaq üçün ölüm hökmünün tətbiqini artırmaqda ittiham edib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı iyunun 30-dək ilk altı ayda 354 nəfərin nəfərin edam edildiyini bildirib. 2022-ci ilin eyni dövründə bu rəqəm 261 nəfər olub ki, bu da müqayisədə 36 faiz çox deməkdir.

İnsan haqları qrupu İranda qeyri-fars etnik qrupların edamlardan qeyri-mütənasib şəkildə təsirləndiyinə dair narahatlıqları vurğulayaraq, bütün edamların 20 faizinin sünni bəluc azlığının nümayəndələrinə aid olduğunu bildirib.

Məlumatda bildirilib ki, 206 nəfər narkotik maddələrlə bağlı ittihamlara görə edam edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Həmin dövrdə edam edilənlər arasında 6 qadının olduğu, iki kişinin isə ictimaiyyət qarşısında asıldığı bildirilib.

"Ölüm cəzasından cəmiyyətdə qorxu yaratmaq və etirazların qarşısını almaq üçün istifadə olunur" - deyə, İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri-Moqəddəm bildirib.

İran İnsan Haqları Təşkilatı bu ilin əvvəlində bildirmişdi ki, İran 2022-ci ildə 582 edam hökmünü icra edib ki, bu da İslam Respublikasında 2015-ci ildən bəri ən yüksək göstəricidir.

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, İran Çindən sonra dünyada edamları ən çox icra edən ikinci ölkədir.

İran hakimiyyəti etirazlarla bağlı 7 nəfəri edam edib. İnsan haqları qrupları nümayişlər zamanı həbs olunan azı 7i nəfərin qaçılmaz edam riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG