Accessibility links

İranda narkotik maddə alverində günahkar bilinən üç nəfər asılıb


İranın ədliyyə sisteminin bazar günü bildirdiyinə görə, ölkədə narkotik maddə alverində günahkar bilinən üç nəfəri edam edilib və bu, ilin əvvəlindən bəri edan edilən yüzlərlə insandan sonuncularıdır.

Ədliyyə orqanlarının Mizan Online xəbər saytında deyilib ki, "narkotik kartelin" üzvləri kimi təsvir edilən üç şəxs təxminən 40 kiloqram heroin istehsal etmələri səbəbindən "yer üzündə korrupsiya" ittihamı ilə məhkum edildikdən sonra asılıb.

Bu edamlar insan alveri və fahişəlik şəbəkəsinə rəhbərlik edən bir nəfərin edam edilməsindən bir gün sonraya təsadüf edib.

Daha üç nəfər cümə günü, noyabr ayında Məhsa Əmininin həbsxanada öldürülməsi ilə başlayan etirazlar zamanı təhlükəsizlik qüvvələrinin üzvlərini qətlə yetirdikləri üçün edam edilib.

İran İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən 22 yaşlı Əmininin sentyabrın 16-da ölümündən sonra İranda ümummilli etiraz dalğaları müşahidə olunub.

Tehranın xaricilərin təhrik etdiyini dediyi "iğtişaşlar" zamanı minlərlə iranlı həbs edilib, onlarla təhlükəsizlik işçisi də daxil olmaqla, yüzlərlə insan öldürülüb.

Cümə günü həyata keçirilən edamlar Qərb ölkələri və İrandan kənarda yerləşən insan haqları qrupları tərəfindən pislənib.

Amnesty İnternational da daxil olmaqla, insan haqları qruplarının dediyinə görə, İran Çindən başqa digər ölkələrlə müqayisədə ən çox edam hökmü icra edən ölkədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG