Accessibility links

Asiya çempionatında hicabsız yarışan İran idmançısı vətənə qayıdıb


Elnaz Rekabi.
Elnaz Rekabi.

İran idmançısı Elnaz Rəkabi Cənubi Koreyada keçirilən "Qayaya Dırmanma" üzrə Asiya çempionatında hicabsız yarışıb. İranlı qadın idmançılardan tələb olunan qaydaya əməl etmədiyi üçün həbs olunacağı və çıxışına qadağa qoyulacağı ilə bağlı narahatlıqlar fonunda çərşənbə günü səhər Tehrana gəlib və çoxlu tərəfdarları və azarkeşləri tərəfindən qarşılanıb.

Rekabi İrana gələn kimi iki dövlət xəbər agentliyinin kameraları qarşısına keçərək onlara hicabsız yarışmasının "tamamilə təsadüf" olduğunu deyib.

"Ayaqqabılarımı və paltarlarımı geyinməklə məşğul olduğum üçün hicabımı taxmağı unutdum və sonra yarışa getdim" - deyə, o bildirib.

Rəkabi yarışlarda hicabsız görünməsinə verilən reaksiyalarla bağlı suala belə cavab verib: "Çox gərginlik və stress keçirsəm də, İrana rahatlıqla qayıtdım. Amma şükür Allaha, indiyədək heç nə baş verməyib".

Bazar günü keçirilən yarışdan sonra Rekabinin dostlarının onunla əlaqə saxlaya bilmədiyi və onun təhlükəsizliyi ilə bağlı narahatlıqların yarandığı bildirilmişdi.

Rekabinin hicabsız yarışması geyim qaydalarını pozduğuna görə İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin keçən ay polis nəzarətində ölməsindən bəri davam edən etirazlar fonunda baş verib.

Rekabi bazar günü keçirilən yarışda dördüncü yeri tutub. 2021-ci ildə Dünya Qayayadırmanma Çempionatında qadınların birləşmiş yarışında o, bürünc medal qazanıb.

Beynəlxalq Qayaya Dırmanma İdman Federasiyası çərşənbə axşamı verdiyi açıqlamada Rekabi ilə əlaqə saxladığını və "faktları ortaya qoymağa çalışdığını" deyib. Federasiya həmçinin bildirib ki, Rekabinin İrana gəlişindən sonra onun vəziyyətini izləməyə davam edəcək.

Federasiya "İdmançıların təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir və biz cəmiyyətimizin dəyərli üzvünün belə bir vəziyyətdə təhlükəsizliyini təmin etmək üçün hər cür səyləri dəstəkləyirik" deyib.

XS
SM
MD
LG