Accessibility links

Rəsmi: Şərqi Azərbaycan İranda ən çox mühacirin çıxdığı vilayətlərindən biridir


Təbriz
Təbriz

Şərqi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Turab Məhəmmədi bu vilayətin İranda ən çox mühacirin çıxdığı vilayətlərdən biri olduğunu irəli sürüb.

İSNA xəbər agentliyi rəsminin bu sözləri Təbriz Universitetində keçirilən bir iclasda dilə gətirdiyini yazıb.

Turab Məhəmmədi Şərqi Azərbaycanın İranda başqa vilayətlər nisbətən ən çox mühacir göndərən vilayətlərdən biri olduğunu bəyan edib və elita və universitet professorlarını bu problemi həll etməyə çağırıb.

İran Azərbaycanında milli fəallar hökumətin qeyri-fars bölgələrə qarşı irəli sürdüyü ayrı-seçkilik siyasətləri nəticəsində bu bölgələrdə işsizlik və yoxsulluğun Tehran və digər mərkəzi vilayətlərə görə daha ağır olduğunu irəli sürürlər.

2011-2016 illəri arasında Tehran, Əlborz, Yəzd İsfahan, Semnan və Qum vilayətlərinin müvafiq olaraq ölkə daxilindən ən çox miqrant qəbul edən vilayətlər olduqları bildirilir. Həmin illərdə Ərdəbil və Şərqi Azərbaycan vilayətləri ən çox mühacir göndərən vilayətlər arasında yer alıb.

XS
SM
MD
LG