Accessibility links

İranlılar sabiq prezident Əkbər Haşemi Rəfsəncaniyə son ehtiramlarını bildirib


In this picture released by an official website of the office of the Iranian supreme leader, Supreme Leader Ayatollah Ali Khamenei, foreground center, leads a prayer over the casket of former President Akbar Hashemi Rafsanjani at the Tehran University cam
In this picture released by an official website of the office of the Iranian supreme leader, Supreme Leader Ayatollah Ali Khamenei, foreground center, leads a prayer over the casket of former President Akbar Hashemi Rafsanjani at the Tehran University cam

İranlılar sabiq prezident Əkbər Haşemi Rəfsəncaniyə son ehtiramlarını bildirib.

Tehran Universitetində təşkil edilən mərasimə ali ruhani lider Ayətulla Əli Xameneyi rəhbərlik edib.

3 günlük matəm ərzində məktəblər, idarələr və hökumətin fəaliyyəti dayandırılıb.

1989-1997-ci illərdə İranın prezidenti olan 82 yaşlı Rəfsəncanı daha öncə 1979 İran İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin baş müşaviri olub.

Rəfsəncani prezidentliyi dövründə 1980-1989-cu illər arasında qonşu İraqla apardığı müharibənin məhv etdiyi iqtisadiyyatı bərpa etməyə çalışıb. Bundan öncə o, bir sıra islahatlar həyata keçirib. Bu isə əsasən ölkənin sıx nəzarət olunan mediası sahəsində daha geniş azadlıqların yaranmasına səbəb olub.

Lakin 2002-ci ildə mühafizəkarların onun Qərbə yönəlmiş islahatçı səylərini tənqid etməsi ilə Rəfsəncaninin siyasi karyerası çökməyə başlayıb. O, həmin il parlament seçkilərində, daha sorna isə 2005-ci ildə ikinci dəfə prezidentlik uğrunda yarışda mühafizəkar Mahmud Əhmədinejada məğlub olub.

2013-cü ildə isə İranın qüdrətli Konstitusiyanı Qoruma Şurası Rəfsəncaninin seçkidə namizəd olaraq iştirakına qadağa qoyub.

Rəfsəncani həmçinin Ali Ruhani lider Ayətullah Əli Xameneyiyə məsləhət verən İranın Siyasi məqsədəuyğunluq üzrə şurasına başçılıq edib.

Rəfsəncani 1979 İran İnqilabı lideri, Ayətullah Ruhulla Xomeyninin qalıqları olan məqbərədə dəfn edilib.

XS
SM
MD
LG