Accessibility links

İran Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində repressiyaları gücləndirir


Fəalların dediyinə görə, İran Məhsa Əmininin ölümünün bir illiyi ərəfəsində tanınmış şəxsiyyətləri, fəalları və keçən il etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin yaxınlarını həbs etməklə, repressiyaları gücləndirir..

2022-ci il sentyabrın 16-da qadınlar üçün ciddi geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən 22 yaşlı kürd qızı Əmininin həbsdə ölməsi aylarla davam edən etirazlara və İranın İslam sisteminə son qoyulması çağırışlarına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, etirazların Ara-sıra davam etməsinə baxmayaraq, minlərlə insan həbs edilib. Fəalların bildirdiyinə görə, təhlükəsizlik qüvvələri tərəfindən yüzlərlə insan güllələnib.

Lakin İran xaricindəki fəallar hakimiyyətin ildönümünün daha çox etirazlara səbəb ola biləcəyini çox yaxşı bildiyini və təhlükəsizlik qüvvələrinin keçən ilin payızındakı hadisələrin təkrarlanmaması üçün repressiyaları gücləndirdiyini deyir.

Bu ay həbs edilənlər arasında tanınmış qadınları qanuna zidd olaraq, hicablarını çıxarmağa çağıran mahnını yayımlayan müğənni Mehdi Yarrahi də var.

İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, keçən il etiraz aksiyalarının keçirildiyi yerlərdən biri olan Gilan vilayətində 11 qadın hüquq müdafiəçisi həbs edilib.

Bu arada Amnesty İnternational bildirib ki, hərəkata qarşı basqılar zamanı həlak olanların ailə üzvləri yaxınlarının taleyi ilə bağlı "sükut və cəzasızlıq" məqsədilə "əsassız həbslərə" məruz qaldıqlarını bildirib.

Nyu-Yorkda yerləşən İran İnsan Haqları Mərkəzinin icraçı direktoru Hadi Qayemi France Press agentluynə "Bu həbslər İran hakimiyyətinin qarşıdan gələn ildönümü ərəfəsində əhali arasında qorxu yaratmaq və etirazların qarşısını almaq üçün açıq cəhdidir" deyib.

Amnesty İnternational hesabatında bildirib ki, ölkə daxilində repressiyalar zamanı qətlə yetirilən qurbanların ailələri son aylar təhqiramiz sorğulara tutulub, əsassız həbslərə, ədalətsiz təqiblərə və hökmlərə məruz qalıb.

Amnesty İnternational başqa bir hesabatında İranın baş örtüksüz qadınlara qarşı repressiyalarını yenilədiyini, hətta avtomobillərinin içərisində belə qadınları müşahidə edən kameralar yerləşdirildiyini bildirib. Sosial mediada paylaşılan görüntülər bəzi qadınların itaətsizlik nümayiş etdirməyə davam etdiyini göstərib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı bu il İranda 486 nəfərin edam edildiyini və bunun "cəmiyyətdə qorxu yaratmaq və etirazların qarşısını almaq" məqsədi daşıdığını bildirib.

Forum

XS
SM
MD
LG