Accessibility links

İsrailin Suriyada İran konsulluğunun dağılması ilə nəticələnən hava zərbəsindən sonra İran Təhlükəsizlik Şurasını iclas keçirməyə çağırıb


Dəməşq, Suriya. 1 aprel, 2024.
Dəməşq, Suriya. 1 aprel, 2024.

İran BMT Təhlükəsizlik Şurasını İsrailin Suriya paytaxtında İranın konsulluğunu dağıdan hava hücumunu müzakirə etmək üçün fövqəladə iclas keçirməyə çağırıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, bazar ertəsi edilən hücumda ən azı yeddi nəfər, o cümlədən yüksək rütbəli hərbi məsləhətçilər həlak olub.

İranın BMT-dəki səfiri Zəhra Erşadi bazar ertəsi Təhlükəsizlik Şurasını “bu kobud pozuntunu” müzakirə etməyə və diplomatik missiyaları təhlükə altına qoya biləcək gələcək hərəkətlərin qarşısını almağa çağırıb.

“İran regionda gərginliyi artıra və potensial olaraq digər xalqların iştirakı ilə daha çox münaqişənin alovlanmasına səbəb ola biləcək belə bir məzəmmətli hərəkətin geniş beynəlxalq təsirlərini nəzərə alaraq, Təhlükəsizlik Şurasını İsrail rejimi tərəfindən törədilən bu əsassız cinayət əməlini və terror aktını ən sərt şəkildə qınamaöa çağırır,” Erşadi yazıb.

İsrail hücumla bağlı şərh verməkdən imtina edib.

İranın səfiri Hüseyn Əkbəri hücuma görə İsraili qınayıb.

Əkbəri “eyni miqyas və sərtlikdə” qisas almağı vəd edib.

İsrail son illərdə Suriyanın hökumətin nəzarət etdiyi hissələrində hədəflərə yüzlərlə zərbə endirib. Ancaq Qəzzada təxminən altı aydır davam edən İsrail-HƏMAS müharibəsi və Livan-İsrail sərhədində İsrail hərbçiləri ilə Hizbullah döyüşçüləri arasında vaxtaşırı toqquşmalar başlayandan bəri zərbələrin sayı artıb.

İsrailin dekabr ayında Dəməşq məhəlləsinə hava hücumu nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun uzun müddət müşaviri olan Səid Razi Musəvi ölüb. Yanvar ayında Dəməşqdə bir binaya oxşar zərbə nəticəsində ən azı beş iranlı müşavir həlak olub. Ötən həftə Suriyanın şərqində İraqla sərdəd yaxınlığında yerləşən strateji Deyr əz-Zor vilayətində hava hücumları iranlı müşavirin ölümü ilə nəticələnib.

Forum

XS
SM
MD
LG