Accessibility links

Babək yürüşü ilə əlaqədar tutulan fəallardan bəzilərinin taleyi bəlli deyil


İyulun 5 və 6-da keçirilən Babək Qalası yürüşü zamanı və ondan əvvəlki günlərdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan türk fəalların bir qismi sərbəst buraxılıb, amma hələ saxlanılan bir çox fəalın vəziyyəti ilə bağlı məlumat yoxdur.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, hazırda onlarla fəal Ərdəbil, Təbriz, Tehran, Urmiyə və Salmas kimi şəhərlərin Ettelaat həbsxanalarında saxlanılır.

Tutulan bəzi fəalların adları dəqiqləşdirilməyib. Bir çox fəalın ailəsi isə onların hansı həbsxanaya aparıldığından xəbərsizdir.

Həbsdə olanlardan Abbas Lisani, Əsgər Əkbərzadə, Rəhim Qulami, Abbas Nikravan, Səid Sadıqifər, Cəfər Rüstəmi, Mehdi Huşmənd, Abdullah Huşmənd, İbrahim Nuri, Süleyman Kazımi, Murtaza Muradpur və Rəhim Sasani kimi fəalların adları internet portallarında yayımlanıb.

Amerikanın Səsinə məlumat verən hüquq müdafiəçilərinin bildirdiyinə görə, ailələrin məlumat verməmək üçün təhdid və basqıya məruz qaldıqları üçün saxlanılan bəzi vətəndaşların adlarını dəqiqləşdirmək mümkün olmur.

Sərbəst buraxılan türk fəallar işgəncəyə məruz qaldıqlarını bildirirlər
Sərbəst buraxılan türk fəallar işgəncəyə məruz qaldıqlarını bildirirlər

Sorğu-sual edildikdən sonra zəmanət qarşılığında sərbəst buraxılan bəzi fəallar işgəncəyə məruz qaldıqlarını bildirib. Türk fəallar Əli Xeyrcu, Səccad Colani və Məmməd Colani bədənlərində döyüldüklərinə dair izləri göstərən fotoşəkillər yayımlayıblar.

Hər il yay mövsümünün ikinci həftə sonu (cümə-axşamı və cümə günləri) keçirilən ənənəvi Babək Qalası yürüşü onlarla fəalın tutulmasına baxmayaraq bu ildə də keçirilib.

İnternet portalları və sosial mediada paylaşılan videolarda iştirakçıların Qalanın üstündə və dağın ətəklərində rəqs etdiyi görünür. Həmçinin bir qrup vətəndaş “Yaşasın Azərbaycan” və “Türk dilində mədrəsə olmalıdır hərkəsə” kimi şüarları səsləndirib. Videolarda qalanın çevrəsində mülki vətəndaşlarla birlikdə polis qüvvələri də müşahidə olunur.

XS
SM
MD
LG