Accessibility links

İranın ali dini lideri etirazlara görə "quldur və bədxahları" günahlandırıb


İranın ali dini lideri bazar günü Qərbə qarşı sərt yanaşmasını müdafiə edərək, kompromislərin yalnız İranın düşmənlərini düşmənçiliyə daha çox sövq edəcəyini deyib və hökumət əleyhinə son etirazlara görə günahı "quldurlar və bədxahların" üzərinə atıb.

Ayətullah Əli Xameneyi bu sözlərini o vaxtkı prezident Donald Trampın ABŞ-ı beynəlxalq nüvə razılaşmasından çıxarmasından sonra Qərb ölkələrinin son beş il ərzində böyük irəliləyişlər əldə edən İranın nüvə proqramı ilə bağlı ilə gərginləşən qarşıdurması fonunda səsləndirib.

Tramp heç bir güzəştə getmədən İrana ağır iqtisadi böhrana səbəb olan sarsıdıcı sanksiyaları bərpa edib. İran isə Rusiyanın Ukraynanı işğalını dəstələyərək, ona Ukraynanın paytaxtı Kyivə zərbələr endirən pilotsuz təyyarələr verib.

"Bəzi insanlar ABŞ-ın qlobal təkəbbürünün və ya İsrailin bizə qarşı düşmənçiliyinin azalmasına görə öz mövqeyimizdən geri çəkiləcəyimizi düşünürsə, səhv edir" - deyə bütün əsas İran məsələlərində son sözü deyən Xameneyi bildirib.

O, sələfi və İslam Respublikasının qurucusu Ayətulla Ruhulla Xomeyninin vəfatına həsr edilmiş illik mərasimdə çıxış edib.

Xamneyi keçən ilin payızında ölkənin sərt geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə nəticələnən ümummilli etirazlara işarə edib. Ölümcül repressiyaların onları böyük ölçüdə yatırmasından əvvəl etirazlar İslam Respublikasının devrilməsi çağırıb.

İran hakimiyyəti heç bir sübut təqdim etmədən etirazların təşkilində xarici günahlandırsa da, nümayişçilər isə onilliklər boyu davam edən repressiya və iqtisadi idarəetmənin pozulmasına etiraz etdiklərini deyiblər.

"Başkəsənlər və bədxahlar etdiklərini etdi və belə şüarlar səsləndirdi. Onlar İslam Respublikasının bitdiyini və İran xalqını özlərinə qul edə biləcəklərini düşünürdü. Bu axmaqlar bir daha yanıldı. Yenə də insanlarımızı tanıya bilmədi" deyib, Xameneyi.

XS
SM
MD
LG