İran hakimiyyəti tanınmış vəkil və insan haqları müdafiəçisini metroda baş verən mübahisəli insidentdən sonra ölən yeniyetmə qızın dəfnində iştirak edərkən həbs edib. Bu barədə məlumatı vəkilin həyat yoldaşı bazar ertəsi açıqlayıb.
60 yaşlı Nəsrin Sotud bazar günü Tehranda təxminən bir ay reanimasiyada qaldıqdan sonra bir gün əvvəl vəfat edən 17 yaşlı Armita Qaravəndin dəfn mərasimi zamanı həbs edilib.
İnsan haqları sahəsində fəaliyyətinə görə 2012-ci ildə Avropa Parlamentinin Saxarov mükafatına layiq görülən Sotudə son illər bir neçə dəfə həbs olunub.
“Mənim həyat yoldaşım Armita Qaravəndın dəfn mərasimi zamanı başqaları ilə birlikdə həbs edilib”, Sotudənin həyat yoldaşı Reza Xandan bildirib. O, Fransa xəbər agentliyinə həbs həbs edilən zaman Nəsrinin “qəddarcasına” döyüldüyünü deyib.
Oktyabrın 1-də metroda onun komaya düşməsi ilə nəticələnmiş insidentdən sonra yeniyetmə Tehranın Fəcr Xəstəxanasına aparılıb. Onun necə xəsarət alması ilə bağlı olduqca fərqli fikirlər mövcuddur.
Yerli Fars xəbər agentliyi Sotudənin "baş örtüyü taxmadığına" və bunun "cəmiyyətin psixoloji narahatlığa" səbəb olduğuna görə həbs edildiyini bildirib.
Armita Qaravəndin ölümü İranın qadınlar üçün geyim qaydalarını pozmaqda ittiham edilərək, əxlaq polisi tərəfindən həbs edilən kürd əsilli gənc iranlı Məhsa Əmininin həbsdə geniş etirazlara yol açan ölümündən bir ildən bir qədər sonraya təsadüf edir.
İranda 1979-cu il İslam İnqilabından sonra 1983-cü ildən qadınların ictimai yerlərdə boyun və başını örtməsi məcburidir.
Keçən ilin sentyabrında Məhsa Əmininin həbsdə ölməsi ilə başlayan nümayişlərdən sonra qadınlar İslam Respublikasının sərt geyim qaydalarını getdikcə daha çox pozur.
Sotudə özü 2018-ci ildə İranda məcburi hicaba qarşı nümayişə görə həbs olunan qadını müdafiə etdikdən sonra həbs edilib.
Daha sonra o, 2019-cu ildə "korrupsiyaya və azğınlığa təşviq etmək" ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Forum