Accessibility links

İranın İnqilab Keşikçiləri Korpusu İsraillə əməkdaşlıq edən 12 nəfərin həbs edildiyini bildirib


İranın İnqilab Keşikçiləri Korpusu bazar günü İsraillə əməkdaşlıq edən və İranın təhlükəsizliyinə qarşı addımlar planlaşdıran 12 nəfərin həbs edildiyini bildirib.

"Sionist rejim (İsrail) və xüsusilə də ABŞ olmaqla, onun qərbli himayədarları Qəzza və Livan xalqlarına qarşı öz pis məqsədlərinə nail ola bilmədiklərinə görə, indi böhranı İrana yaymağa, ölkəmizin təhlükəsizliyinə qarşı planlaşdırılmış bir sıra tədbirlər həyata keçirməyə çalışırlar" - deyə, bəyanatda bildirilib.

Livanın Hizbullah üzvlərinin istifadə etdiyi minlərlə peycer və telsiz rabitə sisteminin İsrailin geniş şəkildə günahlandırıldığı partlayışlarından sonra Yaxın Şərqdə gərginlik artıb. Hizbullahla İsrail arasında demək olar ki, bir ildir Qəzza müharibəsi ilə paralel davam edən qarşıdurmaların ən ağır trans-sərhəd atışmaları baş verir.

İnqilab Keşikçiləri əlavə edib ki, 12 əməliyyatçıdan ibarət şəbəkə üzvləri İranın 6 müxtəlif vilayətində həbs edilib. Lakin həbslərin nə vaxt baş verdiyi açıqlanmayıb.

İyulun sonlarında fələstinlilərin İslamçı HƏMAS qruplaşmasının siyasi lideri İsmayıl Haniyə Tehranda sui-qəsd nəticəsində öldürülüb. İran hakimiyyəti bu hücumda İsraili günahlandırsa da, İsrail məsuliyyəti öz üzərinə götürməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG