Accessibility links

İran Əmininin ölümünün ildönümü ilə bağlı xəbərdarlıq edib


İranın məhkəmə sistemi bir daha hökumət əleyhdarlarına gələn ay Məhsa Əmininin ölümünün ildönümünü qeyd etmək üçün küçələrə çıxmamaları barədə xəbərdarlıq edib. Belə ki, 22 yaşlı gənc qadının ölkənin baş örtüyü qanunu pozduğu iddiası ilə polis nəzarətində olarkən ölməsindən bir il sonra gərginlik artmaqda davam edir.

Ədliyyə nazirinin müavini Sadiq Rəhimi avqustun 24-də jurnalistlərə deyib ki, İranın kəşfiyyat və təhlükəsizlik agentlikləri potensial etiraz fəaliyyətlərini "sayıq şəkildə" izləyir və "yaxın günlərdə ictimai strukturları pozmağa çalışan hər hansı qrup aşkar edilərək, ədliyyə orqanlarına təhvil veriləcək".

Əmini 2022-ci ilin sentyabrında Tehrana səfər edərkən baş örtüyünü düzgün örtmədiyi üçün əxlaq polisi tərəfindən saxlanmışdı. Şahidlər təhlükəsizlik işçilərinin Əminini həbs edərkən onu döydüklərini desələr də, rəsmilər bunun səbəbini sağlamlıq problemi ilə əlaqələndirib. Ailəsi bu iddianı rədd edib.

Əmini sentyabrın 16-da xəstəxanaya aparıldıqdan sonra vəfat edib və bu, keçən il davamlı kütləvi etirazlara səbəb olub.

Gələn ay Əmininin ölümünün ildönümündə etirazların alovlanmasından ehtiyat edən hökumət fəallara və etirazlarda həlak olanların ailələrinə xəbərdarlıqları gücləndirib.

Forum

XS
SM
MD
LG