Accessibility links

İradə Cavadova: Qanunsuz tikilinin qeydiyyatı - yenidən rüşvət [Video-Müsahibə]


İradə Cavadova: Qanunsuz tikilinin qeydiyyatı - yenidən rüşvət
please wait

No media source currently available

0:00 0:08:04 0:00

İradə Cavadova: Qanunsuz tikilinin qeydiyyatı - yenidən rüşvət

Hüquqşünas hesab edir ki, tikinti üçün icazəyə görə insanlar aylarla vaxtını itirməməlidir. Məcburi köçürülən vətəndaşa istədiyi məbləğ verilməlidir

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova Amerikanın Səsinə müsahibəsində mülkiyyət hüquqları, mülkiyyətin və torpağın qeydiyyata alınması prosesində insanların üzləşdiyi çətinliklərdən danışır. Onun fikrincə, dövlət orqanları bir çox hallarda insanların mülkiyyət hüququnu pozur.

Sual:
Azərbaycanda insanların mülkiyyət hüquqları, əsas konstitusiya hüquqları təmin edilirmi?

Onlara əngəllər yaradılır, çətinliklər mövcuddur.
Cavab: Azərbaycanda mülkiyyət hüququ ilə bağlı ciddi problemlər var və vətəndaşlar bundan çox əziyyət çəkir. Həm fiziki, həm hüquqi şəxslərin mülkiyyətlərinin qeydiyyata alınması, torpaqlardan istifadə, ticarət hüquqları daim pozulur. Onlara əngəllər yaradılır, çətinliklər mövcuddur.

Bu sahədə həm qanunvericilikdə boşluqlar var, həm də real praktikada problemlər davam edir. Məsələn, torpaq islahatlarından sonra torpaqların bələdiyyələrə verilməsinin açıq qalması əngəllər yaradır. Maneələrdən biri odur ki, bələdiyyələr icarəyə, istifadəyə verdiyi torpaqları qeydiyyata
Bu zaman bəlli olur ki, vətəndaşın bələdiyyəyə ödədiyi külli miqdarda pullar faktiki havaya sovrulub.
ala bilmirlər. Bu da sövdələşməyə, rüşvətin artmasına səbəb olur. 2006-cı ildən sonra istifadəyə və ya icarəyə verilmiş torpağı qeydiyyatdan keçirmək üçün bələdiyyənin qərarı lazımdır. Bu halda bələdiyyə qərar qəbul edə bilmir. Eyni zamanda torpağın icarəyə və ya istifadəyə verilməsi üçün əvvəlcə bələdiyyə qərar qəbul etməlidir. Torpaq Komitəsi qeydiyyat üçün bələdiyyənin qərarını tələb edir. Bu qərarı da bələdiyyə verə bilmir. Bu zaman bəlli olur ki, vətəndaşın bələdiyyəyə ödədiyi külli miqdarda pullar faktiki havaya sovrulub.

Sual: Təbii ki, bunlar vətəndaşlarla dövlət arasındakı böyük problemlər qismindədir. Azərbaycanda rəsmi şəxslərin dediyinə görə, 500 mindən çox sənədsiz və ünvansız tikililər var. Bu problemin həlli necə mümkündür? Çünki, polis, hüquq-mühafizə orqanları insanları axtarır, amma ünvanı yoxdur, vətəndaşlar hər hansı sənədləşmə işləri apara bilmir. Bu problem necə həll oluna bilər?

Cavab: Qanunsuz tikili adı ilə məmurlar bu tikililəri sökür. Digər tərəfdən vətəndaşlar da dövlətin laqeyd yanaşmasından istifadə edərək ünvansız ünvanda yaşadıqları üçün külli miqdarda kreditlər götürürlər və ödəmirlər. Sonradan həmin adamları tapmaq müşkülə çevrilir.

Həll yolu birdəfəlik olaraq qanunsuz tikililərin qanuniləşdirilməsidir.
Qanunsuz tikililərin həlli yolları var. Həll yolu birdəfəlik olaraq qanunsuz tikililərin qanuniləşdirilməsidir. Qanunsuz tikili dövlətə mane olmursa, kommunikasiyalardan aralıdırsa qeydiyyata alınmalıdır. Problem yaradırsa kompensasiya ödəməklə başqa yerə köçürmək olar.

Amma, bundan sonra qanunsuz tikililərə imkan verilməməlidir. Əgər icra hakimiyyəti, bələdiyyə, polis qanunsuz ev tikəndən rüşvət alırsa və ya göz yumub imkan yaradırsa, bu halda vətəndaş cavabdehlik daşımır. Dövlət məmuru bu hallara görə cavabdehlik daşıyır.

Sual: Amma, ev tikmək, mülkiyyət yaratmaq üçün hüquqi prosedurlar vətəndaşlar üçün o qədər ağırdır ki, vətəndaş bəzən təngə gəlir, bezir, nəhayətdə qanunsuz tikiliyə daha çox meylli olur.

Məsələn, elementar olaraq bir tikilinin dam örtüyünün dəyişməsi üçün icra hakimiyyətindən icazə almalısan,
Cavab: Tamamilə haqlısınız. Məsələn, elementar olaraq bir tikilinin dam örtüyünün dəyişməsi üçün icra hakimiyyətindən icazə almalısan, Görürsən ki, adi bu işdə icra hakimiyyəti süni əngəllər yaradır. Belə işlər informatik formada edilə bilər. Bundan icra hakimiyyəti xəbərdar olmalıdır. Yoxsa əngəl törədilməməlidir. Yəni əvvəlcədən gəl, nə qədərsə ödə, sonra dam örtüyünü dəyiş.

Problemlər mövcuddur. Qanunvericilikdə əksini tapmalıdır ki, torpaq sahəsi şəxsə uzun müddətə istifadəyə verilibsə, tikinti üçün icazə ala bilər. Tikinti üçün icazəyə görə insanlar aylarla vaxtını itirməməlidir. 10-15 gün ərzində yerli icra hakimiyyəti xəbərdar edilməlidir. Əgər tikinti olacaq ərazidə problemlər
Bu vaxt yenidən rüşvət tələb olunur.
varsa dövlət orqanı vətəndaşa cavab verməlidir və problem əsaslandırılmalıdır. Bunlar edilmir və vətəndaşlar dövlət qurumlarının göz yumması nəticəsində qanunsuz tikililəri istənilən yerdə tikir. Vətəndaşlar tikililərə çox böyük məbləğdə vəsait xərcləyir və sonra qanunsuz tikilinin qeydiyyatı məsələsi ortaya çıxır. Bu vaxt yenidən rüşvət tələb olunur.

Sual: Mülkiyyətə sərəncam vermək hüququ onun sahibinə məxsusdur. Amma bir çox hallarda dövlət orqanları qanunsuz olaraq mülkiyyətə müdaxilə edir, insanlar istəmədiyi halda özü qiymət qoyur (məsələn, mənzilin bir kvadrat metri üçün maksimum 1 500 manat) və güc tətbiq edərək tikilini sökür. Buna görə hüquqi məsuliyyəti kim daşıyır? Vətəndaşlarla dövlət arasında yaranmış belə problemlərə görə hüquqi məsuliyyəti kimlər daşıyır?

Cavab: Əslində bunun məsuliyyətini dövlət daşıyır. Qanunvericilikdə boşluqlar da ondan ibarətdir ki, vətəndaşın
Mülkiyyət sahibidirsə, sənədləri mövcuddursa, ona istədiyi ağlabatan məbləğ verilməlidir.
öz mülkiyyətinə sərəncam vermək hüququ şərtləşməlidir. Əgər dövlətə o yer lazımdırsa, vətəndaş məcburi köçürülməyə məruz qalırsa onun istədiyi məbləğ verilməlidir. Təbii ki, 100 min dəyəri olan mülkiyyətə bir milyon verilməməlidir. Amma, dövlət gözə almalıdır ki, o mülkiyyət sahibidir. Mülkiyyət sahibidirsə, sənədləri mövcuddursa, ona istədiyi ağlabatan məbləğ verilməlidir. Məsələn, birinci mərtəbədə yaşayan insan mənzilini sahibkarlıq obyekti kimi istifadə edir və ondan gəlir götürür. Əgər dövlət bu obyekti mənzil kimi uçurub 1500 manat verirsə, vətəndaş həmin
Elə həmin ərazidə eyni statuslu sahibkarlıq obyektinin kvadratmetri 15 min manata satılır.
qiymətə obyekt ala bilmir. Elə həmin ərazidə eyni statuslu sahibkarlıq obyektinin kvadratmetri 15 min manata satılır. Bu artıq ədalətli kompensasiya deyil. Çünki insanlar obyekt yaratmaq üçün baha qiymətə yer alır, ora vəsait xərcləyir, sonradan kredit götürüb biznes qurur və gəlir götürməyə başlayanda söküb 1500 manatdan pul verirlər. İnsan qalır kreditlərin qarşısında və müflisləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG