Accessibility links

Qubad İbadoğlu: Azərbaycan Rusiyadan və Türkiyədən sərmayələrini geri çəkməlidir


Dollar
Dollar

İqtisad elmləri doktoru Qubad İbadoğlu Türkiyə və Rusiya bazarında milli valyutaların dollara nisbətdə ucuzlaşmasının Azərbaycan üçün risklər yaratdığını bildirir. Mərkəzi Bankın sözçüsü isə milli valyutanın dollara nisbətdə sabit olduğunu deyib.

Qubad İbadoğlu facebook səhifəsində dərc etdiyi təhlili təqdim edirik:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir. Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır. Bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir. Lakin, son zamanlar türk lirəsinin sürətlə dəyər itirməsi, rublun isə “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə məzənnəsinin ucuzlaşması Fondun valyuta səbətinin gəlirliliyini azaldır.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Son günlər hər iki valyutanın ABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib. Belə ki, bu günə olan məlumata görə artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır.

Digər tərəfdən ABŞ prezidentinin Konqresə təqdim etdiyi sanksiyaya məruz qalacaq şirkətlər arasında Azərbaycanın da sərmayəçisi olduğu VTB bankın da olması diqqətdən kənarda qala bilməz. Məsələ burasındadır ki, ARDNF-nin bu bankda 500 milyon dollarlıq sərmayəsi var. Bundan əlavə ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və satış dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə də sahibdir və onu idarə edir. Rusiyanın maliyyə bazarlarında başlayan ucuzlaşma bu sərmayəni də dəyərdən salmaqla yanaşı, ondan əldə edilən gəlirləri dollar ifadəsində azaldır.

Onu da xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDBŞ) əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır. Hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyub. Bununla yanaşı hər iki ölkənin iqtisadiyyatında və banklarında olan Azərbaycan mənşəli şəxsi sərmayələr də təhlükə qarşısındadır.

Yekun olaraq qeyd etmək istərdim ki, ARDNF-nin və ARDNŞ-nin Rusiya və Türkiyəyə sərmayələrini siyasi investisiya adlandırmaqla, onun taleyinin belə acınacaqlı olacağını hələ devalvasiyadan əvvəl bildirmişdim. Təəssüf ki, ARDNF və ARDNŞ siyasi təsirlər altında belə uğursuz layihələrə imza atıb. Amma gec olsa da Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir. Əks təqdirdə bizim itkilərimi daha çox olacaq və manatı da qoruya bilməyəcəyik.

Namiq Əliyev
Namiq Əliyev

Öz növbəsində, Mərkəzi bankın sözçüsü Namiq Əliyev “Report” agentliyinə bildirib ki, xarici valyuta daxilolmalarının artması şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır.

“Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına gəldikdə isə, qeyd etmək istəyirəm ki, Mərkəzi Bank tərəfdaş ölkələrin valyuta bazarlarındakı vəziyyəti daima izləyir. Ümumilikdə, tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikası da göstərir ki, ilin ötən dövründə Azərbaycanın milli valyutasının qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi və nominal effektiv məzənnəsi möhkəmlənib. Bütün bunlar göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi artırıbsa, bu, yalnız psixoloji amillə izah oluna bilər”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG