ABŞ bütün ölkələr arasında xarici sərmayələrə ən çox ev sahibliyi edən ölkədir və xarici şirkətlərdə 6.4 milyon amerikalı işçi çalışır.
ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, xarici sərmayələrin cəlbi üçün səbəblərdən biri ABŞ-ın ən iri istehlakçı bazarına olan çıxışı və şirkətlərin əqli mülkiyyətin qorunmasıdır.
“Bir çox sövdələşmələr məhz Komersiya Departamenti tərəfindən hər il keçirilən SelectUSA Sərmayə Sammitində başlayır. Son dəfə keçirilən sammitə 1 200 beynəlxalq sərmayədar, bir çox dövlət məmuru və iqtisadi inkişaf agentlikləri cəlb edilib”, məlumatda qeyd edilir.