Accessibility links

ABŞ səfiri Bakı Gəmiqayırma Zavodunda olub


Səfir Robert Sekuta Bakı Gəmiqayırma zavodunda
Səfir Robert Sekuta Bakı Gəmiqayırma zavodunda

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tanışlıq məqsədilə Bakı Gəmiqayırma Zavodunda olub.

ABŞ səfirliyi twitter səhifəsində bildirir ki, zavod rəhbərliyi ilə keçirilən görüşdə səfir Sekutaya Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və yeni layihələri haqqında ətraflı məlumat verilib.

Görüşdə, həmçinin Bakı Gəmiqayırma Zavodu və ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bakı gəmiqayırma zavodu Azərbaycan qaz sektorunun inkişafına dəstək verir və Xəzərdə ilk yarı sualtı qurğunun tikintisində yardımçı olub.

XS
SM
MD
LG