Accessibility links

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın inkişafının zəifləyəcəyini bildirib


Beynəlxalq Valyuta Fondu bildirib ki, ABŞ-la Çin arasında ticarət müharibəsinin kəskinləşməsi bu il və növbəti il qlobal iqtisadiyyatın inkişafını ləngidəcək.

ABŞ prezidenti Donald Trampın bir daha Çinin ABŞ-a ixracına yüksək tariflər tətbiq edəcəyi ilə hədələməsindən sonra Beynəlxalq Valyuta Fondu İndoneziyanın Bali vilayətində keçirilən görüşdə yeni bəyanatla çıxış edib.

“ABŞ-da hazırkı tələbata rəğmən, biz bu yaxınlarda tətbiq edilən tariflər, Çindən gələn geniş çeşidli idxal və Çinin buna cavabını nəzərə alaraq 2019-cu ildə artımla bağlı gözləntiləri azaltmışıq. Çinin 2019-cu ilə nəzərdə tutduğu artım da azaldılıb. Daxili Çin qaydaları çox güman ki, inkişafa bizim ehtimal etdiyimizdən də böyük təsir göstərəcək” - deyə, Beynəlxalq Valyuta Fondundan iqtisadi məsləhətçi Mauris Obstfeld bildirib.

Beynəlxalq Valyuta Fondu dünyanın iki ən böyük iqtisadiyyatına malik ABŞ və Çinin tariflər və digər ticarət məsələlərinə dair mübahisə etməsindən hər kəsin ziyan çəkəcəyini proqnozlaşdırır.

Bəyanatda bildirilir ki, ABŞ və Çin arasında mübahisə xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlara təsir göstərəcək.

XS
SM
MD
LG