Accessibility links

İlham Şaban: Cənub Qaz Dəhlizi üçüncü tərəflərin üzünə açıqdır [Video-Müsahibə]


İlham Şaban: Cənub Qaz Dəhlizi boru kəmərlər sistemi üçüncü tərəflərin üzünə açıqdır
please wait

No media source currently available

0:00 0:06:09 0:00

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində yarana biləcək risklər, yeni qaz dəhlzinin regiona iqtisadi və geopolitik təsirlərindən danışıb.

Amerikanın Səsi: Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı potensial risklər nədir?

Dəhlizin keçdiyi Azərbaycan, Gürcüstan, Türkiyə ərazisi indiyədək bir stabil strateji ölkələr hesab olunur.

İlham Şaban: Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğundadır. Onun hazırki enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi zamanında maliyyələşməsində risklər var. Təbii ki, enerji daşıyıcılarının hazırki aşağı qiymətində ümumi dəyəri 20-21 milyard dollar dəyərləndirilən bu layihədə maliyyə riskləri önə çıxır. Azərbaycanın üzərinə təqribən 7-7,5 milyard dollar cuvarında maliyyə öhdəliyi düşür. Azərbaycanın energetika naziri Natiq Əliyevin dediyi kimi hələ ki, heç bir risklə üzləşilməyib. Yeganə bir risk Trans Adriatik Boru Kəməri (TAP) ilə bağlıdır ki, o da bununla bağlı məsələlər bu il aprelin sonuna kimi həll edilməlidir. Siyasi risklərə gəldikdə isə qeyd etmək lazımdır ki, bu risk minimaldır. Ona görə ki, dəhlizin keçdiyi Azərbaycan, Gürcüstan, Türkiyə ərazisi indiyədək bir stabil strateji ölkələr hesab olunur. Boru kəmərinin marşrutunun keçəcəyi ərazilərə gəldikdə, onlar hər hansı bir qeyri-stabil ərazilər hesab edilmir. Hətta Türkiyənin son zamanlar ərazisində baş verən bu qeyri stabillik də Trans Anadolu Boru Kəmərinin (TANAP) keçdiyi ərazidən kifayət qədər uzaqdır.

Amerikanın Səsi: İran və Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq şansları varmı?

Azərbaycan boru kəmərlər sistemini elə layihələndirib ki, məhz ondan üçüncü tərəflərin qazını daşımaq üçün də istifadə etsin.

İlham Şaban: Birinci mərhələdə bu ölkələrin Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq şansları o qədər də böyük deyil. Çünki artıq 2018-ci ildə kəmərlər sistemi hazır olacaq və bu kəmərlər Şahdəniz 2 layihəsində hasil ediləcək qazın əvvəlcə Türkiyəyə, sonra isə Avropa bazarlarına daşımaq üçün nəzərdə tutulub. Üçüncü tərəfin qazının hər hansı bazara çıxarılması üçün isə həmin boru kəmərləri sistemi genişləndirilməlidir. Yəni söhbət ondan gedir ki, bu artıq növbəti onilliyin məsələsidir. Təbii ki, Azərbaycan boru kəmərlər sistemini elə layihələndirib ki, məhz ondan üçüncü tərəflərin qazını daşımaq üçün də istifadə etsin. Həm siyasi rəhbərlik, həm layihənin operatoru olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəfələrlə bəyan edib ki, bu boru kəmərlər sistemi üçüncü tərəflərin üzünə açıqdır. Burada hər hansı bir ölkə üçün bir limit yoxdur. Yəni bundan həm İran, həm Türkmənistan, həm İraq istifadə edə bilər. Təki onların kommersiya maraqları bu boru kəmərinin operatoru, onun iştirakçılarının maraqları ilə üst-üstə düşsün.

Amerikanın Səsi: Yeni qaz kəməri regionda iqtisadi, geopolitik münasibətlərə hansı təsirlər edəcək?

Gürcüstan Azərbaycandan azı bir milyard kub metr tranzit qazı ala biləcək və özünün enerjiyə olan tələbatını Azərbaycan qazı hesabına tam ödəyəcək.

İlham Şaban: Cənub Qaz Dəhlizi layihəsi istismara verildikdən sonra həm regionda, həm də Avropa ölkələri ilə region arasında münasibətlərəöz müsbət təsirini göstərəcək. Bu ilk öncə Azərbaycanın qonşusu Gürcüstana öz təsirini göstərəcək. Hazırda Gürcüstan qaz təchizatı ilə bağlı müəyyən problemlər yaşayır, mən deyərdim ki, özünün qaz defisitini doldurmaq üçün Azərbaycanla Rusiya arasında vurnuxur, danışıqlar aparır. Bu, ölkənin daxilində müəyyən siyasi qüvvələr arasında qarşıdurmalara, hətta qarşılıqlı mübarizəyə gətirib çıxarıb. Ancaq, Şahdəniz 2 layihəsi həyata keçəndən sonra qaz həcmləri dəfələrlə artacaq. Bu zaman Gürcüstan Azərbaycandan azı bir milyard kub metr tranzit qazı ala biləcək və özünün enerjiyə olan tələbatını Azərbaycan qazı hesabına tam ödəyəcək. Türkiyəyə nəzər salsaq, hazırda bu ölkə Azərbaycandan cəmi 5,5-5,7 milyard kub metr qaz alırsa, kəmər işə düşəndən sonra bu rəqəm üç dəfə artacaq. Bu isə Türkiyənin Rusiyadan qaz asılılığını kifayət qədər azaltmağa imkan verəcək. Yəni Türkiyə öz qaz bazarını şaxələndirəcək, diversifikasiyanı realaşdıracaq. Qısa bir müddətdə regionun iqtisadi, siyasi xəritəsində bir yenilik ortaya qoyulacaq.

XS
SM
MD
LG