Accessibility links

Vahid Əhmədov: Dollar axını baş verməsə Azərbaycan üçün ciddi problem yaranmayacaq [Video-müsahibə]


Vahid Əhmədov: Dollar axını baş verməsə Azərbaycan üçün ciddi problem yaranmayacaq
please wait

No media source currently available

0:00 0:06:07 0:00

Milli Məclisin deputatı Amerikanın Səsinə müsahibəsində Rusiya, İran və Türkiyəyə sanksiyalardan danışıb

Azərbaycan Milli Məclisinin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində Amerikanın Rusiya, İran və Türkiyəyə qarşı sanksiyalarının regiona təsirlərindən danışıb.

Amerikanın Səsi: Amerikanın Rusiya, İran və Türkiyəyə qarşı sanksiyaları bu ölkələrin üçbucağında yerləşən Cənubi Qafqaz ölkələrinə hansı təsirlər edəcək?

Ola bilər ki, birinci bir-iki ay ərzində müəyyən daxili ehtiyatlar hesabına milli valyutaların kursunu qoruyub saxlasınlar. Amma sonradan milli valyutaların əvvəlki kursunu qoruyub-saxlamaq çətin problemlər yarada bilər.

Vahid Əhmədov: Bu sanksiyalar çox ağır sanksiyalardır. Əvvəlcə sanksiyalar Rusiya ilə əlaqədar başlamışdı. Rusiyanın Ukraynaya təcavüzü və s. Sonradan İranla əlaqədar sanksiyalar ortaya çıxdı. Son vaxtlar isə Türkiyə ilə bağlı sanksiyalar ortaya çıxıb. Bu, üç dövlət, Azərbaycanla yüksək ticarət əlaqələri olan dövlətlərdir. Türkiyə ilə iki milyardan çox, o cümlədən Rusiya ilə iki milyarddan yuxarı, İranla 300 milyon dillara yaxın ticarət əlaqələrimiz var. Azərbaycan dövləti həmin dövlətlərə investisiya qoyub. Həmin dövlətlər də Azərbaycana investisiya yatırıb. Bu sanksiyaların aqibətinin necə olacağı hələ bilinmir. Çünki ABŞ-ın Rusiyaya, İrana, Türkiyəyə qarşı qoyduğu şərtlər çox ağır şərtlərdir. Bu şərtlərin yerinə yetirilməməsi həmin dövlətlərdə, faktiki olaraq Amerikanın təsiri nəticəsində, milli valyutaların kəskin ucuzlaşmasına gətirib çıxarıb. Bir il bundan öncə bir dollar 3,5 Türk lirəsi idisə, indi təxminən 7 lirəyə yaxındır. İranda eyni vəziyyətdir. Rusiyada da rublun ucuzlşaması prosesi davam edir. Baxmayaraq ki, çalışırlar müəyyən addımlar atsınlar, amma, bu qeyri-mümkündür. Hətta istəyirlər ki, dolları dövriyyədən çıxarsınlar, amma buna da 10-51 ilədək vaxt lazımdır. Bunu iqtisadçılar çox yaxşı bilir. Mən hesab edirəm ki, bu sanksiyaların Qafqaz ölkələrinə müəyyən qədər təsirləri olacaq. Ola bilər ki, birinci bir-iki ay ərzində müəyyən daxili ehtiyatlar hesabına milli valyutaların kursunu qoruyub saxlasınlar. Amma sonradan milli valyutaların əvvəlki kursunu qoruyub-saxlamaq çətin problemlər yarada bilər.

Amerikanın Səsi: Siz dediyiniz kimi Azərbaycanın ən böyük ticarət tərəfdaşları Rusiya, Türkiyə və İrandır? Rublun, lirənin və realın dollara nisbətdə sürətlə ucuzlaşmasının Azərbaycanın bu ölkələrlə ticarət münasibətlərinə və Azərbaycanın öz daxili bazarına hansı təsirləri ola bilər?

Sanksiyalar İrandan, Türkiyədən, Rusiyadan Azərbaycana gələn malların idxalında müəyyən problemlər yarada bilər.

Vahid Əhmədov: İlk növbədə qeyd etmək lazımdır ki, bu dövlətlərdə milli valyutalar ucuzlaşırsa Azərbaycan üçün müsbət haldır. Çünki Azərbaycan sahibkarları həmin dövlətlərdən ucuz qiymətlərə mal alıb gətirə bilərlər. Necə ki, İranda vaxtı ilə bu baş vermişdi. Sonra İran dövləti sərhəddə müəyyən qadağalar tətbiq etməklə malların Azərbaycana daşınmasının qarşısını almağa çalışdı. Bütün bunlara baxmayaraq ticarət əlaqələri çox böyük olduğu üçün, əlbəttə, Azərbaycanla bu dövlətlər arasında olan münasibətlər yüksək səviyyədə, hətta deyərdim ki, iqtisadi tərəfdən strateji tərəfdaşlıqdan da yüksək səviyyədə olduğu üçün, biz müəyyən əziyyət çəkəcəyik. Azərbaycan dövləti müəyyən qadağalarla üzləşə bilər. Çünki qoyulan sanksiyalar İrandan, Türkiyədən, Rusiyadan Azərbaycana gələn malların idxalında müəyyən problemlər yarada bilər. O cümlədən Azərbaycandan da həmin dövlətlərə ixrac olunan mallarla bağlı müəyyən problemlər yarana bilər. Qısa müddət üçün, haradasa bu ilin sonunadək, bu vəziyyət davam edərsə Azərbaycan öz daxili ehtiyatı hesabına öz milli valyutasını qoruyub saxlaya bilər. Yəni, milli vatyutanın dəyərdən düşməsi üçün elə bir əsas yoxdur. Çünki neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldodur, Mərkəzi Bank pul kütləsinə nəzarət edir. Burada əsas məsələ Azərbaycandan xaricə valyuta axınının qarşısını almaqdır. Əgər, bunu dövlət bacaraqsa, Azərbaycandan həmin üç dövlətə dolların axını baş verməyəcəksə Azərbaycanda ciddi problem yaranmayacaq. Amma bu da çox çətin prosesdir, bunun qarşısını almaq da çox çətindir.

Amerikanın Səsi: Azərbaycanın sanksiya tətbiq edilən hər üç ölkədə investisiyaları və çoxtərəfli iqtisadi münasibətləri var, bu ölkələrlə birgə layihələrdə iştirak edir. Sanksiyaların tətbiqi şəraitində Azərbaycan hansı addımları atmalıdır?

Azərbaycan Türkiyə, Rusiya və İrana qoyduğu investisiyaları qoruyub saxlamalıdır. Onlara dəymək olmaz.

Vahid Əhmədov: Hesab edirəm ki, Azərbaycan Türkiyə, Rusiya və İrana qoyduğu investisiyaları qoruyub saxlamalıdır. Onlara dəymək olmaz. Hesab edirəm ki, sanksiya prosesi çox uzun müddət davam edə bilməz. İstər Türkiyə, istər İran, istərsə də Rusiya olsun, yəqin ki, ABŞ-la, Avropa ilə müəyyən danışıqlara gedəcək. Onda hər şey qaydasına düşəcək. Biz Türkiyəyə təxminən 20 milyard dollardan yuxarı investisiya qoymuşuq. İranla sıx iqtisadi əlaqələrimiz var. Azərbaycan İrana dəmir yolunun tikintisi ilə əlaqədar 500 milyon dollar vəsait ayırıb. Rusiya ilə də eyni vəziyyətdir. Azərbaycan Rusiyaya, Rusiya da Azərbaycana investisiya qoyub. Hesab edirəm ki, Azərbaycan bölgədə bir nəqliyyat dəhlizi rolunu oynayır. Hazırda cənab prezident loqistika mərkəzi açdı. Azərbaycan həm şimaldan cənuba, həm də şərqdən qərbə nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilir. Ona görə də bizim üçün bu çox böyük əhəmiyyətlidir. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, investisiyaları qoruyub saxlamaq lazımdır. Hətta deyirlər ki, İrana qarşı çox ciddi sanksiyalar həyata keçiriləcək, İrana investisiyalar nahaq qoyulub. Mən hesab edirəm ki, İrana investisiya qoymaq düzgün addımdır. Bizim İranda 30 milyona yaxın soydaşımız yaşayır. Biz onları həmişə qorumalıyıq. Azərbaycan dövləti də elə bir siyasət aparır ki, onları qorusun. Ona görə də dəmir yolunun çəkilişinə 500 milyon dollar ayırılmasını müsbət qarşılayıram. Çünki bu, bir tərəfdən də bizim oradakı soydaşlarımızı qoruyan addımlardandır.

XS
SM
MD
LG