Accessibility links

İqlim dəyişikliyinin quşlara təsiri [Video]


İqlim dəyişikliyinin quşlara təsiri
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Soyuq aylarda adətən Afrikaya uçan minlərlə quş indi artıq İsrailə üz tutur. Quşlar üzrə ekspertlər deyir ki, buna səbəb iqlim dəyişikliyidir, bundan əlavə isə insanların müxtəlif quş növləri ilə əlaqəsi əvvəlki zamanlarla müqayisədə daha mühümdür.

Bu kiçik quşlar Avropada tarlalara gedib, orada kənd təsərrüfatına zərər verən həşəratları yeyirlər. Əgər onlar orada olmasa, fermerlər daha çox pestisidlərdən istifadə etməli olur. Daha çox pestisid isə daha çox xərc deməkdir.

Minlərlə durna hər il olduğu kimi Afrikadakı düzənliklərə uçmaq yerinə qışı müvəqqəti olaraq İsrailin Hula Vadisindəki bataqlıqlarıda keçirməyə qərar verib. Bəs bunun səbəbi nədir?

Ətraf mühit üzrə ekspertlər buna görə iqlim dəyişikliyini günahlandırır. Şey Aqmon Aqamon Huladakı bataqlıq parkının quşlar üzrə ekspertidir. Orada işçilər quşlara nəzarət edib, onlara yem verir. O deyir ki, Afrika boyu quraqlıq artdığına görə, bu parkın daha sərin və nəm iqlimi quşları cəlb edir.

“Şimal-qərb, mərkəzi və Şərqi Avropa, eləcə də Qərbi Asiyadan Afrikaya uçan hər quş növü buradan keçir və biraz çəkilərini artırmaq, yem yemək və güc toplamaq üçün qısa müddət ərzində burada qalırdı. İndi isə səhralar əvvəlki ilə müqayisədə daha uzun və böyükdür”, deyə, o bildirir.

Tel-Əviv Universitetinin zoologiya professoru Tossi Leşem deyir ki, quşların miqrasiyasındakı bu dəyişiklik birbaşa fermerlərə təsir göstərir.

“Bu kiçik quşlar Avropada tarlalara gedib, orada kənd təsərrüfatına zərər verən həşəratları yeyirlər. Əgər onlar orada olmasa, fermerlər daha çox pestisidlərdən istifadə etməli olur. Daha çox pestisid isə daha çox xərc deməkdir”, Leşşem söyləyir.

Hula Parkı
Hula Parkı

Şey Aqmon deyir ki, quşların daha çox şimala miqrasiya etməsi o deməkdir ki, insanların rolu daha da mühüm olacaq.

“Bundan sonra təbiətin qorunması hər bir baxımdan insanların əlində olacaq. Bununla biz məşğul olmalı olacağıq. Biz ətrafımızdakı hər bir növün sağlamlığına görə məsul olacağıq”, o söyləyir.

Aqmon deyir ki, 1950-ci illərdən bəri mart ayının sonunadək İsraildə qalan quşların sayı əhəmiyyətli dərəcədə artıb.

XS
SM
MD
LG