Accessibility links

İordaniyada xarici turistlər azad edildi


İordaniya rəsmiləri bildirib ki, bazar günü bir neçə silahlı şəxs azı 14 nəfəri qətlə yetirdiyikdən sonra təhlükəsizlik qüvvələri Kerak şəhərində orta əsrlərə məxsus qəsrdə qalmış xarici turistləri azad edib. Hücum zamanı mülki vətəndaşlar və polis də daxil olmaqla azı 22 nəfər yaralanıb.

Təhlükəsizlik idarəsinin sözçüsü bildirib ki, qəsrdə qalmış mülki vətəndaşlar polisin apardığı beş saat davam edən əməliyyatdan sonra azad ediliblər.

İordaniya rəsmiləri sonradan təhlükəsizlik mənbəyi tərəfindən terrorçu olduqları müəyyən edilən dörd nəfərlə bərabər ölənlər arasında bir kanadalı qadın və azı beş polis zabitinin olduğunu bildirib.

Məlumatda deyilir ki, ölüm hallarının əksəriyyəti 70 minlik əhalisi olan dağlıq şəhərin digər yerlərində baş verib. Silahlı şəxslər qətliamı törətdikdən sonra gizlənmək məqsədilə ən populyar turist ziyarətgahı olan, 12-ci əsrə məxsus qəsrə daxil olublar.

Təhlükəsizlik idarəsinin sözçüsü bildirib ki, qəsrdə qalmış mülki vətəndaşlar polisin apardığı beş saat davam edən əməliyyatdan sonra azad ediliblər.

Sözçü şəhərə aparan əsas yolların hər birinin bağlandığını və polisin əməliyyatın aparıldığı yerin yaxınlığıda olan mülki vətəndaşları evakuasiya etdiyini bildirib.

Polis deyir ki, silahlı şəxslər Keraka 30 kilometr şimalşərqdə yerləşən Qətrane qala şəhərindən gəlib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG