Əfqanıstanın Nanqarhar vilayətinin paytaxtı Cəlalabadda intiharşı hücumu nəticəsində 6 nəfər həlak olub. Partlayış 13 nəfərin yaralanması ilə nəticələnib.
Motosikletdə olan intiharçı paytaxtda keçirilən yürüşü hədəf alıb. Lakin Əfqanıstanın təhlükəsizlik qüvvələri ona imkan vermədikdə bədəninə sarıdığı bomba işə düşüb.
Vilayət hökumətinin sözçüsü Ataulla Xoqyani Amerikanın Səsinə bildirib ki, ölənlər arasında bir qadın və bir uşaq var.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Hücum Əfqanıstanın təhlükəsizlik qüvvələrinin iki üzvünün ölümü, ondan çox əsgərin yaralanmasına səbəb olan intihar hücumundan bir gün sonraya təsadüf edir.