Accessibility links

İnternetdən istifadə baxımından İran ən qeyri-azad ölkələrdən biridir


İnternetdən istifadə baxımından İran ən qeyri-azad ölkələrdən biridir
İnternetdən istifadə baxımından İran ən qeyri-azad ölkələrdən biridir

Freedom House təşkilatının bildirdiyinə görə, internetdən istifadə baxımından İran ən qeyri-azad ölkələrdən biridir. “2011 Şəbəkə azadlığı: İnternet və rəqəmsal medianın vəziyyəti” adlanan hesabatda 37 ölkədəki vəziyyət gözdən keçirilir. İranda durum Çin, Kuba və Birma kimi ölkələrdən də pis dəyərləndirilir. 2009-cu il prezident seçkilərinə etirazlardan sonra İran hökuməti internetlə ciddi mübarizəyə qalxıb. Bu ölkədə minlərlə veb səhifəsi bağlanıb, internetin sürəti qəsdən azaldılıb, online kommunikasiyalar izlənilir, onlarla boqer təzyiq və həbslərə məruz qalıb, onlara işgəncələr verilib. Bloqerlərdən biri polis nəzarətində ikən dünyasını dəyişib.

Hesabatda bildirilir ki, İran hökuməti öz məqsədləri üçün internetdən geniş istifadə edir. Hökumət ölkə başçıları və onların siyasətlərinin müdafiəsi, habelə insan hüquqları müdafiəçiləri və müxalifətin etibardan salınması məqsədi ilə internetə müraciət edir. Bu yaxınlarda hökumət bloqerlər müsabiqəsi keçirərək, senzuraya məruz qalmayan, yəni hökumət tərəfdarı bloqlara imkan yaradıb. Müsabiqənin qalibi İran prezidenti Mahmud Əhmədinejadı dəstəkləyən bloqer Omid Hüseyni olub. İran hökluməti bundan əlavə “Halal İnternet” planını açıqlayıb. Hökumətin senzurası altında bu şəbəkə islam prinsiplərini təbliğ edəcək.

ABŞ dövlət katibi Hillari Klinton avtoritar rejimlərin internet azadlığını boğmaq cəhdlərinin artdığını deyir. İranı xüsusi qeyd edən xanım Klinton bu ölkədə müxalifət və medianın veb səhifələrinin bağlanıdığını, sosail medianın hədəf alındığını, öz xalqına qarşı repressiyalar məqsədi ilə onların kimliklərinin oğurlandığını bildirib. ABŞ dövlət katibi bu kimi siyasətlərin müxalifətin daha artıq susdurulması, bağlanan veb səhifələri və yoxa çıxan insanların ideyalarının itirilməsinə yol açdığını deyib. Hillari Klinton bildirib ki, internet insan azadlığı və ləyaqəti məsələsidir. “ABŞ şəxs, çap və ya internet olmasından asılı olmayaraq, bunlardan dinc məqsədlərlə istifadə edənlərə həmişə dəstək olacaq”-deyə ABŞ dövlət katibi Hillari Klinton bildirir.

XS
SM
MD
LG