Accessibility links

Ekspertlər İnternet sahəsində vəziyyəti tənqid edir


Internet dövründə insanlarla təmas ictimai diplomatiyanın əsasıdır
Internet dövründə insanlarla təmas ictimai diplomatiyanın əsasıdır

Regionlarda yüksəksürətli İnternetə çıxış problemləri var, İnternet xidmətlərinin tarifi yüksəkdir, onların keyfiyyəti isə aşağıdır

Son illər Azərbaycan İnternetin inkişafında sıçrayış edib, bunun göstəricisi sosial şəbəkə istifadəçilərinin sayının sürətlə artaraq, demək olar ki, bir milyona çatması olub. Lakin buna baxmayaraq, regionlarda yüksəksürətli İnternetə çıxış problemləri var, İnternet xidmətlərinin tarifi yüksəkdir, onların keyfiyyəti isə aşağıdır.

Bu gün Azərbaycan İnternet Forumu (AİF) və Amerikanın İREX təşkilatı tərəfindən USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) dəstəyi ilə keçirilən mətbuat konfransında səslənən əsas fikir bundan ibarət olub.

Konfransı açan İREX-promedia proqramının rəhbəri Anjela Nikoara (Angela Nicoara) qeyd edib ki, görüşün məqsədi Azərbaycanda İnternet məsələlərinin müzakirəsindən və noyabrın 6-9-da BMT-nin himayəsi altında keçiriləcək keçiriləcək İnternetin İdarə edilməsi üzrə Qlobal Foruma təkliflər və tövsiyələr hazırlamaqdan ibarətdir.

İREX öz tərəfindən Azərbaycanda, o cümlədən kəndlərdə yeni medianın və İnternet infrastrukturunun inkişafını dəstəkləyir. Belə ki, İREX-in dəstəyi ilə Bakıda və Sumqayıtda iki universitet Wi-Fi İnternetlə təchiz edilib, İnternet və kompüter kursları təşkil edilib, 30 kənddə İnternet-köşklər qurulub və s.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) şöbə müdiri İsfəndiyar Əliyevin sözlərinə görə, son 5 ildə Azərbaycanın İKT sektoru 6 dəfə inkişaf edib və Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, Azərbaycan İnternetin inkişaf sürəti ən yüksək olan ölkələr onluğuna daxildir. Əliyev həmçinin İnternet qiymətlərinin xeyli azaldığını qeyd edib. Belə ki, saniyədə 1 Mbit internetin qiyməti 2007-ci ildə 250 manatdan 2012-ci ildə 10 manata qədər azalıb. Lakin yaşayış məntəqələrinin cəmi 35%-i yüksəksürətli internetlə təmin edilib.

Bununla əlaqədar olaraq, 2013-2015-ci illərdə ölkədə optik kabellər çəkilməsi üzrə investisiya layihəsi işlənib hazırlanıb. Bu, kənd yerlərində istifadəçilərin 10-30 Mbit/san, Bakıda isə 30 Mbit/san-dən çox sürətli İnternetlə təmin etməyə imkan verəcək.
2013-cü ilin yanvar ayında Azərbaycanın telekommunikasiya peykinin orbitaya çıxarılması da şərait yaradacaq.

AİF rəhbəri Osman Gündüz İnternetə qoşulma imkanlarının müxtəlifləşdirildiyinə diqqət çəkib. Əvvəllər Azərbaycanda istifadəçilər İnternete Dial-Up və ADSL vasitəsilə qoşula bilirdi, indi isə bu, datakart, kabel televiziyası, mobil telefonlar və s. ilə də mümkündür.
Gündüz facebook istifadəçilərinin sayının 900 minə, twitter istifadəçilərinin sayının isə 40 min nəfərə çatmasını da İnternetin inkişaf göstəricisi adlandırıb. Lakin nədənsə dövlət orqanları sosial şəbəkələrə inteqrasiya etmək istəmir. Yalnız Prezident Administrasiyası, XİN və Vergilər Nazirliyi istisna təşkil edir.

Bununla belə, Gündüz İnternetin keyfiyyətndə ciddi problemlər olduğunu qeyd edib.
Bu, qismən kabellərdə və ATS infrastrukturunda texniki problemlərlə bağlıdır. Digər səbəb isə provayderlərin istifadəçilərə bəyan etdiklərindən az həcmdə trafik verməsidir.
Dövlət orqanlarının on-line şəffaflığına gəlincə, ən yaxşı halda o, 30-35 faiz təşkil edir. Yəni vətəndaşlar bilməli olduqları məlumatn 70%-ə qədərini almır. Bu, mərkəzi icra hakimiyyəti orqanlarına aiddir, yerli hakimiyyətlər isə İnternetə lazımi informasiyanın 10%-dən çoxunu yerləşdirmir.

Gündüz həmçinin dövlət orqanlarının şəffaflığına nəzarət etmək səlahiyyəti daşıyan Ombudsman apparatının işini tənqidə məruz qoyub.

AİF-in digər nümayəndəsi Vahid Qasımov “az” domeni ilə bağlı vəziyyəti tənqidə məruz qoyub. Domen qiyməti yüksək və prosedurlar mürəkkəb olduğu üçün bu domen sahiblərinin sayı cəmi 15 mindir. Belə ki, domenin alınması 40 manata (50 dollar) başa gəlir, daha sonra isə illik ödəmə 20 manat təşkil edir, Belarus kimi ölkədə isə domen 12 dollara başa gəlir.

Bundan başqa, Azərbaycanda domen alınması prosedurunun özü mürəkkəbdir və bunun üçün alıcı şəxsən qeydiyyatı həyata keçirən şirkətin ofisinə gəlməlidir, bir halda ki, bütün dünyada on-line qeydiyyat proseduru mövcuddur.

Bundan başqa, boş domenlərin mövcudluğu məsələsi də şəffaf deyil. Qasımov qeyd edib ki, domenlərin verilməsi sistemində mövcud çatışmazlıqlar və inhisarçılıq korrupsiyaya şərait yaradır.

Lakin milli domenlərin fəaliyyətinə texniki dəstək göstərən İntrans şirkətinin rəhbəri Faiq Fərmanov tənqidlə razı olmadığını bildirib. Bu zaman o qeyd edib ki, on-line qeydiyyat sistemi artıq yaradılıb, sınaq rejimində fəaliyyət göstərir və tezliklə işə salınacaq.

Daha sonra o bildirib ki, noyabrın 1-dən etibarən “az” domeninə, üçüncü səviyyə “org.az” və “net.az” və s. görə illik ödəmə tarifləri yarı-yarıya azalır (10 manata qədər).
Bundan başqa, noyabrın 1-dən etibarən gov az, habelə təhsil müəssisələrinə verilən edu.az hökumət domenləri ilə yanaşı, texniki dəstək pulsuz təmin ediləcək.

İREX eksperti Ələsgər Məmmədli bildirib ki, Azərbaycanda hələ də İnternet xidmətlərinin tarifləri yüksəkdir. Belə ki, Azərbaycanda 1 Mbit/san İnternetin qiyməti minimum əmək haqqının 15%-nə bərabərdir, bir halda ki, Rusiyada bu göstərici cəmi 3,5%, Türkiyədə isə 0,3% təşkil edir.

Bundan başqa, əhalinin əksəriyyəti elektron hökumət xidmətlərindən kənarda qalır, belə ki, ona çıxış şəxsiyyət vəsiqəsində yer alan fərdi məlumatlar əsasında deyil, vergi ödəyicisinin identifikasiya nömrəsi əsasında həyata keçirilir.

Digər ekspert, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycanda hələ də İnternetə çıxışın minimum standartları yaradılmayıb. Bunun səbəbi dövlətin infrastruktur üzərində inhisarçılığıdır. Belə ki, İnternet üçün istifadə olunan ATS avadanlıqları və kabelləri “Aztelekom” dövlət müəssisəsinə və Bakı Telerabitə İstehsalat Birliyinə aiddir. Bu səbəbdən provayderlər eyni zamanda onların avadanlıqlarını sertifikatlaşdıran Rabitə Nazirliyinin diktəsi ilə hərəkət etmək məcburiyyətindədirlər.

Magistral trafiki də faktiki olaraq bazarın, demək olar ki, 95%-nə nəzarət edən Delta-Telecom inhisarçı şirkəti təqdim edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG