İflic olmuş insanların çoxu bu xəstəliyin nəticələri ilə mübarizə aparmalı olur. Əl və ya ayaqlarını tərpədə bilmələri, hissiyatın bərpası üçün bəzən onlara aylarla fiziki-terapiya tələb olunur. Elə buna görə də iflic keçirmiş insanlara yardım məqsədilə süni əl ixtira edilib. İflic keçirmiş insan onun vasitəsilə istini və soyuğu hiss edə, şüşə ilə kartonu bir-birindən ayıra bilir.
Bu əlcək iflic olmuş insanların reabilitasiyası zamanı yardım edə bilər. Haptik-sensor texnologiya adlanan, elektrik və ya mexaniki stimulyatoru olan bu cihaz isti və ya soyuğu, hamar və ya qabarıq səth haqda informasiyanı beyinə çatdıra bilir.
Bu cihazı Britaniyanın “Morgan Innovation” texnologiya şirkəti Southampton universitetinin alimləri ilə birlikdə hazırlayıb. "Morqan İnnovasiya və Texnologiya" şirkətindən Hovard Klark: “İstifadəçi ekranda nəyə toxunduğunu görür və onun beyni bu hissi qavrayır. Beləliklə, onlar yeni hissiyyatı fərqli qaydada öyrənməyə başlayır.”
“Əlcəyin barmaqlıqlarının ucundakı sensorlar istini və ya soyuğu hiss etməyə yardım edir. Bundan sonra siz toxunmadan belə şüşənin səthini hiss edirsiniz. Baş barmaqla siz əşyanın kartondan olduğunu hiss edə bilirsiniz. Bu qəribə görünür, amma bunu çox yardım edəcəyinə inanırıq” deyə, səhiyyə işçisi Laura Polter bildirir.
Alimlərin fikrincə, yeni cihaz iflic olmuş xəstələr üçün çox vacibdir, çünki həmin xəstələrdən bəziləri lazımi fiziki-terapiya ala bilmir. Hovard Klark: “Burada əsas məsələ insanların öz evlərində iş görmələrinə imkan yaratmaqdır. Eləcə də fizioterapistlərə xəstələrə uzaqdan nəzarət etmələrinə yardım etməkdir.”
Dünyanın hər yerindən gələn yeni texnologiya üzrə alimlərin iştirak etdiyi “Brain Convention” sərgisində beyin travması alan insanların reabilitasiyası üçün istifadə edilə biləcək əlcəklər nümayiş etdirilir. Son yeniliklərdən olan və oyun texnologiyaları sənayesi sayəsində istehsal edilən VR-Virtual Reallıq texnologiyasının inkişafına milyonlarla dollar xərclənib.
Müxtəlif proqramları olan VR qulaqlıqları onurğa travması alan insanlara yardım edə bilər. Fizioterapevt Kiki Koppelmans: “İnsanlar daha az ağrı ilə hərəkət edə bilər və bunun necə edildiyini siz xəstəyə planşet vasitəsilə göstərə bilərsiniz.”
"Vibramoov" adlanan bu cihaz vibrasiyaya və mexaniki stimullaşdırmaya əsaslanır. Bu, beyinlə bədən arasında əlaqənin yaranmasına yardım edir. “Hərəkət etmək üçün beyindən əzələyə gedən informasiya ilə yanaşı, əzələdən də beynə göndərilən informasiya beynə hansı tip hərəkətin edildiyi haqda məlumat verir. Hərəkət diapazonu, sürət, hərəkətin istiqaməti və s. kimi. Bu mexaniki stimulyasiya vasitəsilə hərəkət edilmədiyi halda belə biz informasiyanın ötürülməsinə imkan verilir” deyə, "Vibramoov" şirkətindən Nikolas Plamyer bildirir.
Bu cihaz artıq dünyanın bir çox yerində insanların hisslərinin stimullaşdırılmasına yardım edir.