İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq dağında bazar günü vulkan püskürməsi kül dumanının 500 metr ətrafa yayılmasına və isti buludların yaranmasına səbəb olub.
Milli Fövqəladə Hallar Agentliyinin verdiyi məlumata görə, günün səhər saatlarında baş verən vulkan pükürməsi nəticəsində xəsarət alan və ya ölən olmayıb.
Vulkanın ətrafındakı 7 km-lik təhlükəli zonada heç bir yaşayış evləri olmasa da, hadisə nəticəsində yüzlərlə ev vulkanik küllərin altında qalıb. Əvvəlki bir neçə il ərzində dağın ətrafında yaşayan 30 minə yaxın əhali başqa ərazilərə köçürülüb.
400 illik sakitlikdən sonra ilk dəfə 2010-cu ildə vulkanik pükürmə baş verən Sinabunq dağında 2 nəfər həyatını itirmişdi. Daha sonra ardıcıl olaraq 2014, 2016 ildə baş verən vulkanik partlayış hadisələri müvafiq olaraq 16 və 7 nəfərin həyatını itirmiəsinə səbəb olmuşdu.
Təxminən 130-a yaxın vulkanik dağın mövcud olduğu İndoneziya coğrafi mövqeyinə görə tez-tez aktiv seysmikliyin baş verdiyi Sakit okean tektonik zonasında yerləşir.
Hal-hazırda bu vulkanlardan cəmi üçü aktiv vulkan hesab edilir.