Accessibility links

İndoneziyada 6.2 bal gücündə zəlzələ baş verib


İndoneziyanın Sumatra adasında baş verən 6.2 bal gücündə zəlzələ nəticəsində təxminən 30 insan həlak olub. Xilasetmə işçiləri dağıntılar altında qalmış insanların axtarışını davam etdirir

İndoneziya rəsmiləri 200-dən insanın yaralandığını, 100-ə yaxın evin və Açeh əyalətində binalara zərər dəydiyini bildirib.

Bener Meriah ərazisində binaların uçması nəticəsində ən azı 12 nəfərin öldüyü və 70 nəfərin yaralandığı bildirilir.

İndoneziyanın Sakit okeanında yerləşdiyi coğrafi bölgə seysmik aktiv ərazi hesab edilir.
XS
SM
MD
LG