Hindistan Pakistanı həbsdə olan casusu Şri Kulbuşan Cadhavın onunla görüşə gedən ailəsini təqib etməkdə ittiham edib.
Pakistan rəsmiləri Cadhavın həyat yoldaşı və anasının onunla bazar ertəsi görüşməyə icazə verildiyini bildirib və belə bir addımın insanlıq naminə edildiyini deyib.
Hindistanın Xarici İşlər Nazirliyi isə məhbusla ailəsinin görüşünün icbari keçirildiyini bildirib.
Pakistan rəsmiləri Cadhavın əvvəlcədən yazılmış video-mesajını yayıb. Video-mesajda Cadhav onunla yaxşı davrandıqları və ailəsi ilə görüş təşkil etdikləri üçün rəsmilərə təşəkkür edib.
Bu, Cadhavın mart ayında qonşu İrandan Pakistana saxta sənədlərlə girmək istəyərkən həbs edilməsindən sonra ailəsi ilə ilk görüşü idi.
Hərbi məhkəmə bu ilin aprel ayında Hindistan Hərbi Dəniz Qüvvələrinin zabiti Cadhavı Pakistandakı terror şəbəkəsində fəaliyyət göstərmək və casusluqda ittiham edərək, ona qarşı edam hökmü çıxarıb.