Accessibility links

Hindistanın tikiş fabrikində yanğın


Hindistanın paytaxtı Dehli yaxınlığındakı qeyri-qanuni tikiş fabrikində baş verən yanğın nəticəsində 13 işçi ölüb.

Uttah Pradeş ştatının rəsmiləri 9 nəfərin xəsarət aldığını bildirib. Onların 4-nün vəziyyəti ağırdır.

Yanğın dəri gödəkçələr tikilən fabrikdə işçilərin yatdığı zirzəmidə səhər saatlarında baş verib.

Yanğını bir neçə saatlıq mübarizədən sonra söndürməyə nail olunub. Hazırda araşdırlma aparılır.

Hindistanda fabrik yanğınları nadir hal deyil.

Ötən ay Tamil Nadu ştatında bunabənzər yanğın 8 adamın həyatına son qoymuşdu.

2014-cü ildə Madhya Pradeş ştatında yanğın səbəbi ilə 15 adam dünyasını dəyişmişdi.

XS
SM
MD
LG