Accessibility links

Amerikanın müstəqil kitab mağazaları


Amerikanın müstəqil kitab mağazaları
please wait

No media source currently available

0:00 0:02:36 0:00

ABŞ-da məhəllələrdəki kiçik, müstəqil kitab mağazaları həm yeni kitablar əldə etmək, həm də yeni dostlar tapmaq üçün münasib yerlərdir. Lakin təxminən 20 il əvvəl Online-da satış məqsədilə bir çox kitab mağazası ​bağlanmalı oldu. On ilə yaxındır ki, müstəqil kitab mağazaları yenidən fəaliyyətə başladı və ildən-ilə artmaqdadır.

Virciniya ştatının Arlinqton şəhərində yerləşən "Daha bir Səhifə" mağazasının müştərisi Keyt Oberdorfer romantik hekayələrdən və novellalardan tutmuş məşhurların tərcümeyi-halına qədər, müxtəlif çeşidli kitabları gözdən keçirməyi sevir. "Siz bu mağazadan istənilən kitabları tapa bilərsiniz."

Şimal Virciniyadakı bu lüks məhəllədəkı "İndie" kitab mağazası 8 il əvvəl açılıb. Alıcı Lelya Nebeker müştərilərlə ədəbi maraqları barədə danışır. "Bura xüsusi bir yerdir. Qonşuları və dostların bir araya gəlmələri üçün gözəl bir yerdir."

Müştəri Şeril Murun buradakı xidmətdən xoşu gəlir. "Fikrimcə buraya gələn insaqnlar yalnız kitab oxumağı sevdikləri üçün deyil, buradakı kitab klublarına qatılmaq üçün də gəlir. Bura yalnız kitab mağazası deyil, burada həm də icma qurulur."

Tamamilə yoxa çıxmaqda olan "İndie" kitab mağazaları 2009-2015-ci illər arasında yenidən 35 faiz fəaliyyətə başladı. "Amerika Kitabsatanlar Assosiasiyası"nın bildirdiyinə görə, ABŞ-da 24 min kitab mağazasında satışlar keçən ilə müqayisədə təxminən beş faiz artıb.

Buna misal Virciniya ştatının Aleksandriya şəhərində açılan uşaqlar üçün "Hooray" kitab mağazasını göstərmək olar. Mağazanın sahibi Elen Kleyn müvəffəqiyyətinin mağazasında müxtəlif qonşular üçün müxtəlif kitabların olmasında olduğunu düşünür. "Bizim məhəllədə müxtəlif millətlərdən yaşayanlar çoxdur və biz onlara xidmət etməyə çalışırıq. Yəni burada müxtəlif irqlərə və müxtəlif xarakterlərə aid kitablar çox olmalıdır."

Müştəri Sara Reidl da kitab mağazasında dolaşmağı sevir. "İnternetdə hər şeyi axtarmaq çətindir. Mən gözümə dəyən şeyləri seçməyi sevirəm."

Kitab mağazalarının fəaliyyətini davam etdirməsi üçün yalnız kitab satmaq kifayət etmir. "Daha bir səhifə" adlı kitab mağazası kitab alan müştərilərinə bir şüşə şərab və şokolad hədiyyə edir. "Siz buraya müxtəlif mərasimlərə gələ, müəlliflərlə görüşə və onlardan avtoqraf ala bilərsiniz" - deyə, Lelya Nebeker bildirir.

Qiraəti sevən insanlar üçün müstəqil kitab mağazaları bəzən evdən uzaq yeni bir ev olur.

XS
SM
MD
LG