Həftələrlə davam edən etirazlar, müzakirələr və hətta hökümətin bağlanmasının nəticəsi olaraq uşaq yaşlarında ABŞ-a gələnlərlə bağlı təxirə salınmış icra proqramı ilə bağlı dörd fərqli həll yolu tapılsa da, bunların heç biri ABŞ Senatı tərəfindən qəbul edilməyib.
Sərhəd təhlükəsizliyi və immiqrantların vətəndaşlıq alması ilə bağlı onillərdir davam edən problemin həlli üçün hər iki tərəfdən toplam 16 tərəfdaş sposorun 25 milyard dollarlıq dəyərində edilən təklif məsələnin həlli üçün ən optimal çıxış yolu hesab olunur.
“Bu mühacir problemini həll edəcək və hər iki partiya tərəfindən dəstəklənən və narahatlıqlara son qoyacaq yeganə qanun layihəsidir.” – deyə, senator Suzan Kollins bildirib
Lakin Ağ Evin veto təhdidi və prezident Trampın qanun layihəsini böyük fəlakət adlandırmasına görə siyasət üçün heç vaxt qanuna çevrilməyəcək layihəni dəstəkləmk ciddi siyasi risk deməkdir.
Senatdakı Demokratlar və bəzi Respublikaçılar üçün sıx iş qrafiki ölkənin immiqrasiya sistemində böyük dəyişikliklər etməyə imkan verməyib.
“Cənab Prezident, Amerikan xalqını dinləyin və qanunu Konqresə çıxardın. Əgər siz radikal insanlara görə bu qanunu geri çevirsəniz o zaman siz də Obama və buş kimi uğursuz olacaqsız.” – deyə, senator Lindsey Qraham bildirib.
Respublikaçıların Demokratlara xəbərdarlıqlarına baxmayaraq prezidentin özünün dörd pilləli planı da kifayət qədər səs toplaya bilməyib.
“Bu qədər. Bu sizin indiyə qədər haqqında danışdığımız insanlara vətəndaşlıq verilməsi imkan yaradacaq son şansınızdır.” – deyə, senator Çak Qrasli əlavə edib.
Konqresin həll yolunu axtardığı bir vaxtda minlərlə insan martın beşindən başlayacaq deportasiya ilə qarşı-qarşıyadır. Demokratlar isə böhranın məsuliyyətini prezidentdə görürlər.
“Aydındır ki, Amerikan xalqı uşaq yaşlarında ABŞ-a gələnlərli qoruyan proqramın ləğv olunmasına görə prezident Trampı günahlandıracaq.” – deyə, Çak Şumer qeyd edib.
Ancaq əgər Senatın çoxluq lideri Mitç Makkonnel mühacirətlə bağlı müzakirələri bu həftə sonlandıra bilsə prezidentin partiyası bundan faydalana bilər.
Demokratların uşaq yaşlarında ABŞ-a gələnlərlə bağlı təxirə salınmış icra proqramını davam etdirmək üçün növbəti şansı Konqresin mart ayında hökümətin təşkil olunacaq iclasında mümkün olacaq.