Accessibility links

Ekrem İmamoğlu: Seçkilərin ləğvinə "yalan" səbəb olub


İstanbulun seçki nəticələri qəbul edilməyən meri Ekrem İmamoğlu deyib ki, heç kim bu yaxınlarda keçirilən seçkilərin ləğvi üçün yalandan istifadə edildiyinə inanmır. O, seçiciləri gələn ay keçiriləcək təkrar seçkilərdə rüsvayçılığın düzəldilməsinə çağırıb.

Mən onların üzlərinə baxanda, özlərinin belə buna inanmadığını görürəm

"Heç kəs onların iddialarına inanmır" - deyə, İmamoğlu seçki kampaniyasına start verərkən bildirib.

Kampaniyanın şüarları “İmamoğlu varsa, ümid var” və “Hər şey çox gözəl olacaq”dır.

O, prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasını tənqid edərək deyib ki, onlar yalan və bəhanələrlə mart ayı seçkilərinin nəticələrinin ləğvinə səbəb olub.

"Mən onların üzlərinə baxanda, özlərinin belə buna inanmadığını görürəm" , İmamoğlu bildirib.

Mayın 6-da Türkiyənin hakimiyyət orqanları İstanbulda bələdiyyə seçkisinin nəticələrini ləğv edib.

Türkiyə Ali Seçki Şurası prezident Recep Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında 7 səs leyhinə, 4 səs əleyhinə olmaqla, müxalifət namizədi Ekrem İmamoğluna qələbə gətirmiş nəticələri ləğv edib.

Müxalif Cümhuriyyət xalq Partiyasından (CHP) namizədi Ekrem İmamoğluna ötən ay İstanbul bələdiyyə rəisinin mandatı verilmişdi.

Lakin hakim AKP seçkilərin saxtalaşdırıldığı və hətta seçki cinayəti törədildiyinə dair çoxsaylı şikayətlər vermişdi.

İmamoğlunun qələbəsindən əvvəl son 25 ildə İstanbul bələdiyyəsinə hakim AKP nəzarət edirdi.

Təkrar seçkilər iyun ayının 23-nə təyin edilib.

XS
SM
MD
LG