Şimali Koreya rəsmilərinin bildridyinə görə, ölkənin rəhbəri Kim Conq İl 69 yaşında dünyasını dəyişib. Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin bidlridyinə görə, prezident Kim Conq İl rəsmi səfərə çıxarkən qatarda ürək tutmasından vəfat edib. Xəbərdə deyildiyinə görə, prezidentin ölümünə səbəb mənəvi və fiziki stress olub. Mərkəzi Xəbər Agentliyi Kim Conq İlin dekabr ayının 28-də dəfn ediləcəyini və dekabrın 17-dən 29-dək ölkədə matəm elan edildiyini bildirib.
Kim Conq İl hakimiyyəti atası Kim İl Sunqdan 1994-cü ildə miras alıb. Oğul Kim daha çox byenəlxalq ictimaiyyəti qulaqarına vurmasına və milyonlarla adam aclıq çəkdiyi halda nüvə proqramı inkişaf etdirməsinə görə tanınır.
Kim Conq İlin ölümündən sonra Cənubi Koreya hərbi qüvvələri yüksək sayıqlıq vəziyyətinə gətirilib. Pxenyanla Seul arasında münasibətlər son illərdə xeyli pisləşib.
Dövlətə məxsus xəbər agentliyi xalqı mərhum Kimin oğlu Kim Con Unun arxasınca getməyə çağırıb.