Şimali koreyalılar mərhum liderlərinin 70-ci ad gününü emosiya ilə qeyd ediblər, amma soyuq və küləkli Pxenyanda düzənlənən tədbirlər nisbətən sönük keçib.
Əsgərlər və mülki vətəndaşlardan ibarət böyük qruplar növbə ilə baş əyərək mərhum liderin gülümsər portreti qarşısında “kimconqiliya” adlanan güllər düzüblər. Mərasim paytaxtın mərkəzi Kim İl Sunq meydanında keçirilib.
Dövlət televiziyası mərhumun kiçik oğlu və varisi Kim Conq Unun Kumsuman Xatirə Sarayında atasının xatirəsini yad edib. Kim Conq İlin cəsədi ötən dekabrdan bəri burada sərgiyə qoyulub.