Accessibility links

Human Rights Watch İlqar Məmmədovla bağlı Twitter kampaniyasına başlayıb


Ilqar Məmmədov
Ilqar Məmmədov

Human Rights Watch təşkilatı #FreeThem,#ilgarMammadov hashtag-ları ilə REAL Hərəkatının sədri İlgar Məmmədovun azadlığa buraxılmasına çağırış edən Twitter kampaniyasına başlayıb. Kampaniya oktyabrın 14-dək davam edəcək. İlqar Məmmədov barədə Twitter kampaniyası Avropa Şurası Parlament Assambleyasının sessiyası günlərinə təsadüf edir.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O, 7 il azadlıqdan məhrum edilib. 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun həbsini qanunsuz hesab edərək onun azadlığa buraxılmasına çağırıb. Buna baxmayaraq İlqar Məmmədov azadlığa buraxılmayıb.

Avropa Şurası Nazirlər Komitəsi 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib.

Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək, İlqar Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

Bu il noyabrın 18-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədovun kassasiya şikayətinə yenidən baxılacaq.

XS
SM
MD
LG