REAL Hərəkatı qurumun həbsdəki rəhbəri İlqar Məmmədovun cəza çəkdiyi həbsxanada təzyiqlərə məruz qalmasını pisləyən bəyanatla çıxış edib
Sənəddə rəsmi Bakının İ.Məmmədova əfv ərizəsi yazdıra bilmək üçün dasnışıqlar, vədlərdən tutmuş təzyiqlərə qədər bütün üsullara əl atdığı əksini tapır.
Amma, son zamanlar bu təzyiqlərin sırasına fiziki hücumlar da əlavə edilib.
REAL bu günlərdə axşam saatlarında öyrədilmiş şəxslərin İ.Məmmədova hücum edərək fiziki xəsarət yetirdikılərini bildirir.
Bəyanatda İ.Məmmədov həbsxana şəraitində olduğu üçün baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyətin Azərbaycan hakimiyyətinin üzərinə düşdüyü vurğulanır.
“Bu təzyiqlərin REAL-çıları yolundan döndərə bilməyəcək”, sənəddə qeyd edilir. .
Bəyanatda rəsmi Bakı Avropa Şurası Nazirlər Komitəsinin İ.Məmmədovun dərhal həbsdən azad olunması haqda qərarını yerinə yetirməməkdə ittiham edilir.
Ğz növbəsində, Ədliyyə Nazirliyi Penitensiar xidməti hazırda həbsdə olan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədova qarşı cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərin olması ilə bağlı REAL-ın yaydığı bəyanata münasibət bildirib.
Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Cinayət Məcəlləsinin 220,1 və 315,2-ci maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 2 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən məhkum Məmmədov İlqar Eldar oğlunun fiziki hücuma məruz qalaraq xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Məhkum İlqar Məmmədov cəzasını insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkir", məlumatda deyilir.