Accessibility links

AŞ Nazirlər Komitəsi Ilqar Məmmədovun həbsdə saxlanmasından narahatdır


İlqar Məmmədov
İlqar Məmmədov

Avropa Şurası Nazirlər Komitəsi martın 12-də REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun Azərbaycana qarşı işi üzrə qətnamə (Interim Resolution CM/ResDH(2015)43) qəbul edib.

Vəkil Fuad Ağayev Facbook səhifəsində yazır ki, qətnamədə, o cümlədən aşağıdakılar göstərilib:

Nazirlər Komitəsi

Hazırki iş üzrə müəyyən olunmuş pozuntuların müxalif siyasətçi olan ərizəçiyə qarşı cinayət təqibinin əsaslarını sarsıtmasını xatırladaraq, Azərbaycanın Məhkəmə qərarının icra edilməsi öhdəliyi daşımasına baxmayaraq, ərizəçinin indiyə kimi həbsdə saxlanılması faktı ilə bağlı öz ciddi narahatlığını ifadə edir;

Hakimiyyəti bundan sonrakı yubatmaya yol vermədən ərizəçini azad etmə və müəyyən edilmiş pozuntuların nəticələrinin aradan qaldırılması üçün tədbirlər qəbul etməyə çağırır;

Ali Məhkəmənin ərizəçinin şikayətinə baxılmasını qeyri-müəyyən vaxta təxirə salması faktı ilə bağlı ciddi narahatlığını ifadə edir;

Ləngimədən hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırilması üçün görülmüş və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumatın təxirə salınmadan təqdim olunmasına dair Azərbaycan hakimiyyətinə çağırışını təkrarlayır.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. REAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyansıın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Buna baxmayaraq 2014-cü ilin iyununda Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

2015-ci il yanvarın 13-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə Ali Məhkəmədə İlqar Məmmədov və Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb və məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Amnesty İnternational İlqar Məmmədov, Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG