Accessibility links

İllinoys ştatının seçki rəsmiləri ilkin səsvermədə Trampın adının siyahıdan çıxarılmasını nəzərdən keçirəcək


Sabiq prezident Donald Tramp İllinoys ştatının ilkin seçki bülletenindən çıxarılmalı, lakin qərar məhkəmələrin ixtiyarına verilməlidir. Bunu təqaüddə olan bir hakim bazar günü ştatın seçki şurasına tövsiyə edib. O bildirib ki, Trampın 6 yanvar 2021-ci ildə qiyamı ilə və ABŞ Kapitoluna hücumu ilə əlaqəsi açıq-aşkardır.

İllinoys Ştat Seçki Şurasının çərşənbə axşamı tövsiyəni nəzərdən keçirəcəyi gözlənilir. Trampın vəkilləri və Respublikaçı keçmiş prezidenti səsvermədən kənarlaşdırmaq istəyən vətəndaşlar cümə günü dinləmə məmuru Klark Erikson qarşısında öz arqumentlərini təqdim ediblər. Uzun müddətdir təqaüdə çıxmış Kankaki Mahalının hakimi Respublikaçıdır.

İllinoys ştatında Trampı mart bülletenindən kənarda saxlamaq cəhdi bir neçə başqa ştatda edilənlərə bənzəyir. ABŞ Ali Məhkəməsi gələn ay Trampın bu ştatın seçki bülletenindən çıxarılmasına dair tarixi Kolorado Ali Məhkəməsi qərarında arqumentləri dinləməyə hazırlaşır. Bu işdə ali məhkəmə 14-cü Düzəlişin “qiyamla məşğul olan” bəzi şəxslərin dövlət vəzifələrində işləməsini qadağan edən müddəasına ilk baxışını keçirəcək.

Eriksonun 21 səhifəlik tövsiyəsində belə nəticəyə gəlinib ki, təqdim edilən “sübutların üstünlüyü” Trampın qiyamla məşğul olduğunu sübut edir.

Lakin o, seçki şurasının martın 19-da keçiriləcək ilkin seçkidən əvvəl Trampın adının çıxarılması üçün tələb olunan “əhəmiyyətli və mürəkkəb konstitusiya təhlili” ilə məşğul ola bilməyəcəyini deyib.

"Ümumilikdə, konstitusiya məsələsini seçki şurasının iclasının sürətləndirilmiş cədvəli çərçivəsində həll etməyə cəhd bir qədər telefon kabinəsində ağır çəkili boksçular arasında iki dəqiqəlik raund təyin etməyə bənzəyir" - deyə, o qeyd edib.

Yenə də Erikson qeyd edib ki, idarə heyəti onun əsaslandırması ilə razılaşmasa belə, Trampın adı İllinoys ştatında ilkin seçki bülletenindən çıxarılmalıdır.

Seçki şurası dörd Demokrat və dörd Respublikaçı arasında bərabər bölünür.

Trampın seçki qərargahı bu təşəbbüsə hələ reaksiya verməyib.

Forum

XS
SM
MD
LG