Aprelin 6-da prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar.
İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, Əl-Həram məscidində
namaz qılıblar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət edib.