Prezident İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda sərt bəyanatlarla çıxış edib.
APA agentliyinin xəbərinə görə, prezident İlham Əliyev məmurları təvazökar olmağa çağırıb, vəzifəli şəxslərin ailə üzvlərini cəmiyyətdə bərqərar olmuş yüksək ali dəyərlərə riayət etməyə dəvət edib: “Vəzifəli şəxslərin uşaqları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib?
Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Dövlət başçısı bəyan edib ki, sahibkarları rayonlarda həyata keçirilən işlərə məcburi qaydada cəlb etmək yolverilməzdir: “Hər bir rayonun oz büdcəsi var. Prezidentin Ehtiyat Fondundan da mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir kömək eləsin, amma bəzi hallarda onları məcbur edirlər. Sahibkarlar böyük həcmdə xərc çəkirlər, sonra da onların pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşirsə ki, bu məlumatlar mənə çatmır, səhv edir. Bütün məlumatlar mənə çatır. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq”.
İlham Əliyev son dövrlərdə avtomobillərdə görüntünü məhdudlaşdıran avadanlığın tətbiqinin, avtoxuliqanlıq hallarının yolverilməz olduğunu deyərək bunun qarşısının qətiyyətlə alınacaını bildirib, əks təqdirdə cəza tədbirlərinin sərtləşdiriləcəyinə dair sərt xəbərdarlıq edib.