Accessibility links

Ekspert: Azərbaycan Avropa bazarına qaz tədarükünü 20 milyard kubmetrədək artıra bilər


İlham Shaban
İlham Shaban

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Ukrayna böhranı ilə bağlı danışarkən deyib ki, Rusiya Avropanın qaz tədarükünü kəsmək və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla tədarük məsələləri nəzərdən keçirilməlidir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Avropanın qaz təchizatında Azərbaycanın rolundan danışıb.

Ekspert: Azərbaycan Avropa bazarına qaz tədarükünü 20 milyard kubmetrədək artıra bilər
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Amerikanın Səsi: Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell bildirib ki, Rusiya Avropaya qaz tədarükünü dayandırarsa Avropa İttifaqı ölkələri Azərbaycanla qaz tədarükü barədə danışıqlar aparacaq. Ali Komissarın bu bəyanatı reallığı nə qədər əks etdirir?

Tranas-Adriatik Boru kəmərinin ötürmə qabiliyyəti 20 milyard kubmetrdən çox deyil.      

Ilham Şaban: Avropa İttifaqı bu bəyanatla açıqlayır ki, Avropa ilə Azərbaycana arasında qazın alqı-satqısına dair yeni danışıqlar mərhələsi başlayır. Çünki, 2013-cü ildə Azərbaycan qazının 10 milyard kubmetr həcmində Avropa bazarında satılmasına dair razılaşma əldə olunub. Artıq bunu belə qəbul etmək olar ki, növbəti mərhələdə, hansı həcmdə bəlli deyil, ancaq, maksimum yenə bu 10 milyard kubmetr ola bilər. Çünki, Tranas-Adriatik Boru kəmərinin ötürmə qabiliyyəti 20 milyard kubmetrdən çox deyil.

Amerikanın Səsi: Azərbaycan qazı Avropa İttifaqı ölkələrində Rusiya qazının həcminin nə qədər hissəsini ödəyə bilər? Bunun üçün nə edilməlidir?

Rusiya ümumilikdə Avropada təqribən 175-180 milyard kubmetr qaz satır.

İlham Şaban: 2021-ci ildə ümumilikdə Avropada 552 milyard kubmetr qaz istehlak edilib. 2021-ci ildə Azərbaycan Avropa bazarında 8 milyard 150 milyon kubmetr qaz satıb. Çari ildə Avropada 25 milyard kubmetr qaz istehlakının azalması gözlənilir. Çünki, kömürdən istifadə artıb. Azərbaycan isə öz həcmlərini 10 milyard kubmetrədək artıracaq. Bu nisbətə görə ayırd etmək olar ki, nə qədər Azərbaycan qazı Avropanın ümumi istehlakındadır. Ancaq Rusiya ümumilikdə Avropada təqribən 175-180 milyard kubmetr qaz satır.

Amerikanın Səsi: Avropada yaranmış qaz böhranı Transxəzər Qaz Kəmərinin çəkilişini və ya Türkmənistan qazına əlçatımlılıq üçün cəhdləri reallaşdıra bilərmi?

Azərbaycan Cənub Qaz Dəhlizi ilə məhz türkmən qazını Avropa bazarına müəyyən həcmlərdə verə bilər.

İlham Şaban: Mümkündür, ancaq Transxəzər Qaz Kəməri 1996-cı ildən gündəmdə olub. Ona görə, realalaşmayıb ki, bunun bir sıra qlobal problemləri olub. Ancaq, hazırda onun qısa müddətdə reallaşması qeyri-mümkündür. Ancaq, buna baxmayaraq yaxın bir neçə ildə Azərbaycan Cənub Qaz Dəhlizi ilə məhz türkmən qazını Avropa bazarına müəyyən həcmlərdə verə bilər. Bu həm svop, yəni dəişdirmək yolu ilə İran üzərindən alınan türkmən qazı ola bilər. Həmçinin də Azərbyacanla Türkmənistanın Dostluq yatağının işlənməsində (neft-qaz yatağı) müəyyən hissə hüquqi baxımdan türkmən qazı olar.

Amerikanın Səsi: Türkmən qazının indiki halda Avropaya çatdırılması üçün nə edilməlidir? Siyasi, iqtisadi və biznes riskləri nə qədərdir?

Türkmənistan qazı Xəzərin o tayından gəldiyindən, o daha bahalı qazdır.

İlham Şanban: Siaysi və biznes riskləri kifayət qədər azdır. Əsas problem kommersiya məsələsidir. Yəni, Avropada bu qazı alan olmalıdır. Türkmənistan qazı Xəzərin o tayından gəldiyindən, o daha bahalı qazdır. Avropada istehlakçı Azərbaycanda qaz ola-ola daha baha qaza pul verməyə hazırdırmı? Əsas məsələ kommerisyadır. Avropadakı yaşıl enerji ilə bağlı olan hadisələr göstərdi ki, hətta Almaniya kimi ölkədə hal-hazırda qazın bahalı olması ilə əlaqədar istehlakçılar daha çox kömürdən alınan elektrik enerjisinə üstünlük verir. Yəni pul kapitalizmdə hər şeyi həll edən amildir.

XS
SM
MD
LG