Accessibility links

İlham Əliyev necə “Mütəşəkkil Cinayət və Korrupsiya üzrə İlin Adamı” seçildi?


Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsinin redaktoru Dru Sallivan Amerikanın Səsinə müsahibədə Azərbaycan prezidenti İlham Əliyevin “Mütəşəkkil Cinayət və Korrupsiya üzrə İlin Adamı” seçilməsini müzakirə edib. Cənab Sallivanın sözlərinə görə Azərbaycana axan nəhəng neft pulları və demokratik idarəçiliyin yoxluğu İlham Əliyevin varlanmasında mühüm rol oynayıb. Təşkilatın təmsilçisi Əliyevlər ailəsinin ölkənin bütün sənayelərinə nəzarətini də xalq qarşısında cavabdehliyin olmaması ilə izah edir.

Sual: Cənab Sallivan, sizin təmsil etdiyiniz təşkilat – Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsi Azərbaycan prezidenti İlham Əliyevi “Mütəşəkkil Cinayət və Korrupsiya üzrə İlin Adamı” elan edib. Bu nəticəyə siz necə gəldiniz?

İlin sonunda biz bir araya gələrək mütəşəkkil cinayət və korrupsiyada ən çox adı hallanan adamı müəyyən etməyə çalışdıq. Həmin adam İlham Əliyev oldu.
Cavab: Biz onu təşkilatımızın bütün üzvləri arasında aparılan sorğu əsasında seçdik. Bizim təşkilatda 15 müstəqil media təşkilatında, aparıcı xəbər agentliklərində çalışan 80-90 jurnalist üzvümüz var. Coğrafi məkan Orta Asiyadan Avropayadək əraziləri əhatə edir. Bu müxbirlər müntəzəm olaraq mütəşəkkil cinayət və korrupsiya barədə reportajlar hazırlayırlar. İlin sonunda biz bir araya gələrək mütəşəkkil cinayət və korrupsiyada ən çox adı hallanan adamı müəyyən etməyə çalışdıq. Həmin adam İlham Əliyev oldu.

Sual: Korrupsiya bir çox post-Sovet ölkələrinə böyük problemdir. Azərbaycanı başqalarından fərqləndirən nədir? Belə bir fərq varmı?

Dru Sallivan
Dru Sallivan
​Cavab: Bu, bəzi mənalarda fərqlidir, bəzilərində yox. Əlbəttə, neft və mineral zənginliklər ölkəyə çoxlu pul axıdır ki, bu axına nəzarət edilməlidir. Fərqləndirici cəhət budur. O mənada fərqli deyil ki, Azərbaycan həqiqi demokratiya deyil. Müəyyən mənada repressivdir. Mediaya gəldikdə, bura qapalı, qeyri-şəffaf cəmiyyətdir ki, kiçik sayda adamlar resursların və vəsaitlərin mütləq əksəriyyətinə nəzarət edirlər.

Sual: Belə görünür ki, korrupsiya və mütəşəkkil cinayət ciddi siyasi problemlərlə müşayiət olunur və adətən hökumətin xalqa cavabdeh olmadığı avtoritar rejimlərdə müşahidə olunur. Bu səciyyələndirmə ilə razılaşardınızmı?

Cavab: Bəli, razılaşardım. Neftin sayəsində Azərbaycan xəzinələrinə külli-miqdarda pul axıb. Ortadakı dəlil budur ki, pulun çoxu xalqa çatmır. Biz Əliyevlər ailəsinin üzvləri ilə qızıl və telekomunikasiya sənayesi arasındakı əlaqələri faş edəndə, hökumətin cavabı biznes sahiblərinin kimliyi barədə informasiyaya çıxışı kəsmək oldu. Əslində vəziyyət daha da pisləşib. Onlar xalqa cavabdeh deyillər, şəffaf deyillər, və bu, da özünü demokratiya adlandıran ölkə üçün təhlükəli işarədir.

Sual: Korrupsiyaya bulaşmış dünya liderlərinə qarşı nə kimi ölçülər götürülə bilər? Bugünkü dünya, deyək ki, 20 il əvvəllə müqayisədə korrupsioner liderlər üçün daha xoşagəlməz mühitdir?
Əliyevlər ailəsi bütün sahələrə əl qatıb – banklar, inşaat, mineral hasilatı, telekommunikasiya və s. Onlar hər şeydə iştirak edirlər. Bu, onlara bir əminlik verir ki, nə baş verməsindən asılı olmayaraq onlar illər, hətta əsrlər boyu ölkənin həyatında mühüm rollarını qoruyub saxlasınlar.

Cavab: Xeyr, cinayət və korrupsiya effektiv şəkildə qloballaşıb. İndi korrupsioner lider olmaq qat-qat asandır. Avtokratik liderlərə, diktatorlara, pis liderlərə qarşı beynəlxalq sanksiyalar yoxdur. Korrupsiya üçün bu mənada bum dövrüdür. Çox asanlıqla internetdə ölkənizdə sahib olduğunuz bizneslər üçün offşor şirkətlər aça bilərsiniz və pulları Avropaya və başqa yerlərə ötürə bilərsiniz. Odur ki, dünya iqtisaidyyatının qloballaşması ilk nöpvbədə mütəşşəkkil cinayət və korrupsiyaya bulaşmış liderlərin xeyrinə işləyib. Pulları indi izlmək çox çətindir. Əvvəllər belə idi ki, kim hökuməti ələ keçirirdi onu idarə edirdi. İndi seçkilərin keçirildiyi bir mühitdə hakimiyyəti itirmək potensialını artırıb və ölkəyə tam nəzarət etmək çətindir. Bu üzdən də liderlər ölkədəki sənayelərə və siyasi partiyalara nəzarət etməyə çalışırlar. Onlar populyar olmaya bilərlər, amma onların partiyları ölkəyə nəzarəti əldə saxlaya bilər. Zənnimcə elə bu üzdən korrupsioner siyasətçilər sənayelərə baş vururlar. Əliyevlər ailəsi bütün sahələrə əl qatıb – banklar, inşaat, mineral hasilatı, telekommunikasiya və s. Onlar hər şeydə iştirak edirlər. Bu, onlara bir əminlik verir ki, nə baş verməsindən asılı olmayaraq onlar illər, hətta əsrlər boyu ölkənin həyatında mühüm rollarını qoruyub saxlasınlar.
Azərbaycan hətta ona dəxli olmayan Meksika kimi uzaq ölkələrdə də heykəllər qoydurmaqla, parkları təmir etməklə öz imicini yaxşılaşdırmağa çalışır. Əslində bu, elə də yaxşı işləmir. İnsanlar onların həqiqi məramlarını dərhal görürlər. Əslində ölkənin reputasiyasına dünya səviyyəsində daha çox zərbə dəyir.

Sual: Siz İlham Əliyev kimi liderlərlə təmas quran Qərb siyasətçiləri yaxud eks-siyasətçiləri haqda nə düşünürsünüz?

Cavab: Əliyev dünya boyu bir sıra ölkələrlə yaxşı əlaqələr qurmaqda məharət nümayiş etdirir, istər Britaniyanın neft elitası olsun, istərsə də yüksək rütbəli hökumət rəsmiləri və siyasətçilərlə. Azərbaycan hətta ona dəxli olmayan Meksika kimi uzaq ölkələrdə də heykəllər qoydurmaqla, parkları təmir etməklə öz imicini yaxşılaşdırmağa çalışır. Əslində bu, elə də yaxşı işləmir. İnsanlar onların həqiqi məramlarını dərhal görürlər. Əslində ölkənin reputasiyasına dünya səviyyəsində daha çox zərbə dəyir. Bu situasiya Heydər Əliyevə Meksikada heykəl qoyulmasına qarşı ictimai etirazlarda özünü büruzə verir.
XS
SM
MD
LG