100 ildən çox fəaliyyətdə olan nəqliyyat
Pitsburq sakinləri və şəhərə gələn turistlərin sevimli məkanlarından biri də Duquesne Incline-dır. Bu funikulyor sistemi artıq 1 əsrdən çoxdur fəaliyyət göstərir. Əsası 1877-ci ildə qoyulan Duquesne İncline 1963-cü ildə yerli sakinlərin təşəbbüsü ilə təmir olunub və tam gücü ilə xidmətə davam edir. Qeyd edək ki, 1800-cü illərdə enişli-yoxuşlu Pitsburq şəhərində 15-ə yaxın funikulyor sistemi fəaliyyətə başlayıb. Ancaq onlardan yalnız ikisi Duquesne və Monongahela Incline hal-hazırda fəaliyiyyət göstərir.