Accessibility links

IKEA 30 ayrı bazarda mebel icarəsini sınaqdan keçirəcək


IKEA 30 ayrı bazarda mebel icarəsini sınaqdan keçirəcək
please wait

No media source currently available

0:00 0:01:05 0:00

IKEA mağazalar şəbəkəsi müştərilərə iş masaları və divanları icarəyə götürməyə icaz verməyi sınaqdan keçirəcək, çünki şirkət artan ətraf mühit narahatlıqlarına cavab olaraq aşağı qiymətli birdəfəlik istifadə üçün nəzərdə tutulan mebellərin satışını dayandırmağı nəzərdən keçirir.

Dünyanın ən böyük mebel şirkəti mebellərin icarə proqramını nəzərdən keçirdiyini ilk fevral ayında elan edib.

Şirkət çərşənbə günü 2017-ci ildə Almaniyanın qərbində Kaarst şəhərində açdığı ilk “ekoloji baxımdan davamlı” mağazasında keçirdiyi tədbirdə bu planını yenidən gündəmə gətirib.

“Məqsəd bu gün artıq fərqli həyat tərzləri olan müştərilərin istəklərini qarşılamaqdır” – deyə, IKEA mağazalarının əksəriyyətinə sahib Ingka Group-un baş icraçısı Cesper Brodin bildirib.

IKEA-nın dairəvi iqtisadiyyata doğru addımı bir çox gənc müştəriləri ətraf mühitə vurduqları ziyanı azaltmaq və paltarlardan tutmuş maşınlara qədər bir çox malı icarəyə götürmək istədiklərini dedikləri vaxta təsadüf edir.

Şirkətin biznes modeli onlayn alış-verişin artması və gənc alıcıların şirkətin şəhərdən kənarda yerləşən böyük mağazalarına gedib, mebelləri alıb, daha sonra evdə onları quraşdırmağa həvəssiz olmaları səbəbilə təzyiq altındadır.

Ötən il qlobal satışları 39 milyard avro təşkil edən IKEA məhsullarının yenidən emal olunmadan mümkün qədər çox insan tərəfindən yenidən istifadə olunmasını təşviq etmək məqsədilə abunəliyə əsaslanan icarə sistemi inkişaf etdirmək istədiyini bildirib.

XS
SM
MD
LG