II Qarabağ Müharibəsində həlak olanların ailələri: "Məzarlar suyun içindədir"
İkinci Qarabağ müharibəsində həlak olan 17 hərbiçinin ailə üzvləri övladlarının nəşini Bakının Qaradağ rayonu ərazisində baxımsız yerdə basdırılan qəbirlərdən çıxarmağa cəhd edib. Etiraz edən ailələr yaxınlarının nəşinin İkinci Fəxri Xiyabanda digər şəhidlərlə birgə dəfn edilməsini istəyirlər. Valideynlər qəbirlərin üzərindəki mərmər plitələri sökərkən qəbirlərin qrunt suları ilə dolu olduğunu görüb. Polis əməkdaşları valideynlərin qəbirləri açmasının qarşısını alıb. Əraziyə gələn Bakı Şəhər Tikinti Trestinin nümayəndəsi isə qeyd edib ki, məzarların vəziyyəti Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxildir.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib