Accessibility links

İƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıb


İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının 13-cü sammiti ərəfəsində təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin hazırlıq iclası keçirilir.

Report agentliyi İƏT-in mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

İƏT-in mətbuat xidmətinin məlumatına görə, iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nazirlər səviyyəsində kontakt qrupunun yaradılması barədə qərar qəbul edilib. Qrupun ilk görüşü aprelin 13-15-də İstanbulda keçiriləcək İƏT-in sammiti çərçivəsində baş tutacaq.

XS
SM
MD
LG