Makedoniya və Yunanıstan sərhəddində 12 min miqrant gözləməyə davam edir. Keçən ay Avropaya yolun bağlanmasından sonra İdomeni qaçqın düşərgəsində qarşıdurmalar baş vermişdi. İnsanlar bu düşərgələrdə qaldıqça onların narahatlıqları da getdikcə artır. Bu insanların çoxu başladıqları yola davam etmək üçün yeni üsullar axtarırlar.
Yunanıstan və Makedoniya sərhəddində 12 min qaçqın ümidlə yaşayır.
Makedoniya keçən ay sərhədi bağlayandan bəri İdomeni düşərgəsindəki qaçqınlar sərhəddi keçmək üçün yollar axtarır.
Yaxşı gələcəyə doğru yolların bağlanması miqrantar arasında narahatlığın getdikçə artmasına səbəb olub.
Emmanuel Massart: “İdomeni düşərgəsində narazılıq getdikçə artır. Səbəb? Çünki buradakı insanlar sərhədlərin sadəcə bağlı olduğunu görür. Onlar sərhədlərin nə zaman açılacağı və ya açılıb açılmayacağını bilmirlər.”
Keçən həftə miqrantlardan birinin polis avtomobili tərəfindən vurulması iğtişaşlara səbəb olub. O bir neçə gün sonra ölüb.
Həmin gündən sonra düşərgədə sakitlik hökm sürür. Lakin polis miqrantlar arasında qarşıdurmaların qarşısının alınması üçün səy göstərir.
Döyüş bölgələrindən qaçıb düşərgələrdə məskunlaşan suriyalıların çoxu və digər millətlərdən olan qaçqınlar zorakılıqlardan uzaq durmağa və gündəlik həyatlarını yaşamağa çalışır. Lakin onların hamısı Yunanıstandan o tərəfə keçib yollarına davam etmələrini səbirsizliklə gözləyir.
Qusay Lubani: “İnsanların çoxu indi təhlükəli yollara baş vurmaq istəyir. Qaçaqçılara qoşulub, ya da onlara qoşulmadan sərhəddi keçmək istəyirlər.”
Qusay Lubani həyat yoldaşı ilə düşərgədə yaşayır. Müxtəlif qeyri hökumət təşkilatlarının ərzaq paylanması və başqa fəaliyyətlər yolu burada həyatı yaxsılaşdırmağa çalışmasına baxmayaraq, onlar da qayıtmağa yeri olmayan insanlar üçün çox iş görə bilmir.
Çaudhri Mazhar İqbal: ”İnsanlar psixoloji zədə alıb.Onlar yollarına davam etmək istəyir, lakin sərhədlər bağlıdır. Buna görə insanlar üzgündür.”
Daha bir gün geridə qalır və daha bir soyuq gecə başlayır. Narahatlıq və əlacsızlıq isə getdikcə artır.