Accessibility links

Faiq Həsənov: Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir [Audio-müsahibə]


Faiq Həsənov
Faiq Həsənov

Beynəlxalq qrossmeyster sponsorunun olmamasından şikayətlənib

ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirində mübarizə aparan Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib.

O, Facebook səhifəsində Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənib.

Şəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov

“Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı.

Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir?

Karikatura Gündüzündür
Karikatura Gündüzündür

Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən - Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq”, bu barədə yerli media şahmatçının Facebook səhifəsində yazdığı mətnin skrin-şotunu (screenshot) yayıb.

Azərbaycan Şahmat Federasiyanın vitse-prezidenti Faiq Həsənov Amerikanın Səsinə müsahibəsində Şəhriyar Məmmədyarovun belə bəyanatla çıxış etməsinə inanmır.

Faiq Həsənov: Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir
please wait

No media source currently available

0:00 0:03:09 0:00

“Şəhriyar professional şahmatçıdır. Mən inanmıram ki, yarışlara öz hesabıma gedirəm desin. Öz hesabıma gəlmişəm, o deməkdir ki, onun nə yol pulu, nə də hoteldə qalmaq pulu verilmir. Şəhriyar dünyanın üçüncü şahmatçısıdır. Amma belə turnirlərdə Şəhriyar kimi şahmatçıların, onların məşqçilərinin xərcləri və qonorarları ödənilir. Eyni turniri biz Şəmkirdə keçirdik. Ora dəvət edilənlərin hamısının bütün xərclərini və qonorarlarını ödədik. Ona görə, Şəhriyarın belə söz deməsi mənə aydın deyil. Şəhriyar o sözü deyə bilməz. Ona görə, Şəhriyarla danışmamış sizin sualınıza cavab verə bilməyəcəm”, o qeyd edib.

Vitse-prezident “Azərbaycanda Şəhriyar Məmmədyarovun sponsoru varmı?” sualının cavabında deyib.

“Sponsor məsələsi şəxsi işdir. Onun sponsoru Azərbaycan dövlətidir. Ona başda prezident, Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi olmaqla hamı kömək edir. Nə lazımdır ona kömək edirik. Şəhriyar iki dəfə iddiaçılar turnirində iştirak edib. Onun hazırladığı büdcəni federasiyanın prezidenti Elman Rüstəmovun (Mərkəzi Bankın İdarə Heyətinin sədri-red.) yanında müzakirə etdik və hazırladığı büdcə bütünlüklə ödənildi. Bu federasiyanın ona sponsorluğudur. İndi də, ondan əvvəlki illərdə də köməklik edilib. Bundan əlavə prezident də, Gənclər və İdman Nazirliyi də, hamı Şəhriyara kömək edir”, Faiq Həsənov qeyd edib.

XS
SM
MD
LG