Accessibility links

Bakıda “Formula-1” Qran-pri yarışlarına start verilir


“Formula-1”: Bu gün Azərbaycan Qran-prisi start götürür
“Formula-1”: Bu gün Azərbaycan Qran-prisi start götürür

Yarışlarda 10 komanda işrirak edir

İyunun 23-də Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Yarışın ilk günündə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. Sonuncu sərbəst yürüş iyun 24-də, sıralama turundan əvvəl olacaq.

İyunun 25-də "Qran Pri"nin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komanda Bakıda "Azadlıq" meydanından başlayaraq Qız Qalası, İçəri Şəhər və "Azneft" dairəsindən keçməklə 51 dövrə vuracaqlar.

Azərbaycan 2016-cı ildən "Formula-1" "Qran-Pri" yarışlarını təşkil edir və imzalanan sazişə görə, 2017-ci ildən sonra daha 3 il bu yarışları təşkil etməlidir.

Formula 1 üzrə Azərbaycan Qran-prisi şou proqramları ilə də yadda qalacaq. Belə ki, bu günə Tarkanın konserti ilə yekun vurulacaq.

Şənbə və bazar günləri hər bir Formula-1 Qran-prisi üçün əsas günlərdi. Belə ki, sabah “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün “The Black Eyed Peas” qrupu və Nikol Şerzingerin konserti ilə yekunlaşacaq.

İyunun 25-də “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, Grid təqdimatı olacaq və Azərbaycan himni səslənəcək. Saat 17.00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Meraya Kerinin konserti nəzərdə tutulub.

XS
SM
MD
LG