Accessibility links

Qubad İbadoğlu: 85 min iş yerinin açılmasına dair deyilənlər statistik yalandır [Audio-Müsahibə]


İqtisadçı prezident İlham Əliyevin sosial-iqtisadi inkişafın yekunlarına dair nitqinə münasibət bildirib

Qubad İbadoğlu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetindəki görüş zamanı neft sektorunun inkişaf etdiyinə dair fikirinin ümumilikdə pozitiv meyilli olduğunu deyib. Lakin iqtisadçının sözlərinə görə açıqlanan statistika reallıqları əks etdirmir. İqtisad elmləri doktoru bəzi müsbət işartıları neftin bazarlarda, az da olsa, bahalaşması ilə izah edib.

please wait

No media source currently available

0:00 0:09:48 0:00

Açıqlanan rəqəmlər mövcud gerçəkliyə tamamilə ziddir

İbadoğlu Azərbaycanda ildən-ilə neft sektorunun payının azaldığını, iqtisadiyyatın daha çox qeyri-neft sektorunda formalaşmaqda olduğunu bildirib. O, iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu xarakterizə edən məlumatların rəsmi prizmadan təqdim edildiyini önə çəkib. İqtisadçı açıqlanan rəqəmlərin mövcud gerçəkliyə tamamilə zidd olduğunu bildirib.

Bu rəqəm ciddi şübhə doğurur

Qubad İbadoğlu prezidentin bu ilin 3 ayı ərzində 85 mindən çox iş yerinin açıldığına dair dediklərinin şişirdildiyini düşünür.

“Azərbaycanda hər gün yüzlərlə, bəzən də minlərlə iş yerinin bağlanmasına dair məlumat əldə edirik. Son 3 ayda 9 min iş yerinin bağlanmasına dair statistika açıqlanıb… Yeni yaradılmış iş yerlərinin çoxu özəl sektorun payına düşür. Həqiqətən bu rəqəm ciddi şübhə doğurur. Bank sektoru və nazirliklərdə ixtisarlar aparılır. Hesab edirəm ki, 3 ay ərzində 85 min iş yerinin açılmasına dair məlumat statistik yalanın təzahürüdür,” iqtisadçı alim bildirib.

Azərbaycanın valyuta ehtiyatlarının artmaqdadır

Prezidentin Azərbaycanın valyuta ehtiyatlarının artmaqda olduğuna dair şərhinə münasibət bildiriən Qubad İbadoğlu Azərbaycanın maliyyə bazarındakı durumunu açıqlayıb.

“Əvvəlki illərlə müqayisədə bir dövlət olaraq bizim maliyyə durumumuz yaxşılaşıb. Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Eyni zamanda Dövlət Neft Fondu strateji ehtiyatlarını qoruyub saxlaya bilib. Bu iki sahə 38 milyard dollardan çox ehtiyatın formalaşmasına gətirib çıxarıb. Lakin biz potensialımızı nəzərə alsaq, indiyədək əldə etdiyimiz neft gəlirlərinə baxsaq, bu gəlilərin 80 faizinin xərcləndiyini görərik. Yerdə qalan 20 faiz isə xarici borclarla müqayisə edilir. Əslində bu idxalla müqayisə edilməlidir. İdxalın həcmi böyüdükcə, xarici borcların da məbləği sürətlə artır."

İdxal 35 faizdən çoxdur

“Bizim tədqiqatlar idxal göstəricilərinin real olmadığını sübut edib. Biz idxalın 35 faizdən çox olduğunu müəyyən etmişik. Burada idxalın azalması deyil, artmasından danışa bilərik. İdxalın strukturunda da dəyişikliklər gedir. Əvvəllər idxalın strukturunda maşın və avadanlıqlar üstünlük təşkil edirdisə, son illər istehlak mallarının idxal strukturunda payının çoxalması bunu deməyə əsas verir ki, Azərbaycan ərzaq təhlükəsizliyini tam qarşılamaq iqtidarında deyil.” İqtisadçı bu rəyi İlham Əliyevin Azərbaycanda idxal səviyyəsinin 17 faiz azalması və ölkənin öz ərzaq təhlükəsliyini təmin etməsinə dair bəyanatına cavab olaraq verib.

XS
SM
MD
LG